t s

» » “Səni Axtarıram”ın Xoşqədəmə aidiyyatı yoxdur” - ATV-dən cavab

“Səni Axtarıram”ın Xoşqədəmə aidiyyatı yoxdur” - ATV-dən cavab

15-04-2015, 08:51 Yazar:  Məmməd Məmmədov Baxılıb: 592 Çap et
“Səni Axtarıram”ın Xoşqədəmə aidiyyatı yoxdur” - ATV-dən cavabATV telekanalı Xoşqədəm Hidayətqızının keçirdiyi mətbuat konfransında televiziyanın və onun rəhbəri Vüqar Qaradağlınını ünvanına səsləndirdiyi sərt ittihamlara cavabı gecikməyib:

““Səni Axtarıram” verilişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və burada da açıq şəkildə göstərilib ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır, 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən də aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır.
2. Bəli, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.
3. Digər tərəfdən veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub.
4. Xoşqədəm xanımın "söhbəti olduğu kimi danışacam" deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydılıq gətirilə bilər.
5. Xoşqədəm xanım bildirib ki, bu verlişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin "maliyə şərtləri və ödəniş qaydaları" hissəsində açıq göstərilib ki, "Səni axtarıram" televizya verilişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə veriilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla "Azad Azərbaycan" MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.
Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, "Tərəflərin qarşılıqlı razılığı ilə "Səni axtarıram" televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verlişin ssenari müəllifi və aparıcısına qonarar ödənilməyəcək.
6. O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layıhədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib". (qafqazinfo.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:20 Xoşqədəm Hidayətqızı “alın yazısını” dəyişdi – son xəbər ATV telekanalından ayrılaraq ANS-də işə başlayan aparıcı Xoşqədəm Hidayətqızı yaradıcı heyət ilə telekanal rəhbərliyinin qəbulunda olub. Yenə də “Səni axtarıram” proqramını təqdim edəcək aparıcı yeni iş yerindəki ilk fotosunu İnstaqram hesabında paylaşıb: “Dostlar, mən əvvəl işlədiyim kanaldan
23:48 Xoşqədəm Hidayətqızı ATV-dən getdiyini özü də təsdiqlədi Xoşqədəm Hidayətqızı ATV-dən getdiyini təsdiqlədi. Məşhur teleaparıcı publika.az-a açıqlamasında 5 ildir çalışdığı telekanalı tərk etməsinin səbəblərinə bu gün keçirəcəyi mətbuat konfransında aydınlıq gətirəcəyini söylədi. Hidayətqızı mətbuat konfransında son zamanlar haqqında yazılan yazılara
16:39 ATV-də Hidayətqızı qalmaqalı - Müdhiş iddia Teleaparıcı Xoşqədəm Hidayətqızının ANS-ə keçidi ilə bağlı növbəti iddia ortaya atılıb. Xoşqədəm Hidayətqızının “Səni axtarıram” populyar verilişini ANS-ə adlatması ilə bağlı rəsmi açıqlamanın verilməməsi daha bir versiyaya yol açıb. İddia edilir ki, beş ildir “Səni axtarıram” verilişinin
09:01 Xoşqədəm Hidayətqızı Vüqar Qaradağlının yerinə keçmək istəyirmiş — ŞOK TƏFƏRRÜATLAR İki gün öncə Xoşqədəm Hidayətqızının ATV-dən həmkarı Zaur Baxşəliyevə görə ayrıldığı barədə yazmışdıq. Ölkə.Az teleaparıcının ANS-ə keçidiylə bağlı şok təfərrüatlar əldə edib. ATV rəhbərliyinə yaxın mənbədən aldığımız məlumata görə, Hidayətqızı özü də ANS-ə məcburən gedir: “ANS rəhbərliyi ona
00:42 Xoşqədəm Hidayətqızı tək qaldı Teleaparıcı Xoşqədəm Baxşəliyeva İstanbulda özünü Doğuşsuz yalnız hiss edir. Aparıcı bu haqda “İnstagram” bloqunda yazıb. “İstanbula ilk gəlişim 1996-cı ildə olub. Çox həyəcanlanmışdım… Bir həftə durmadan bu şəhəri gəzdim. Daha sonra sevginin, kədərin, göz yaşlarının, savaşın qopduğu bu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az