t s

» » Köçəryanın həbsinin gizlinləri - Yeni hökuməti böyük çətinliklər gözləyir/ Politoloq

Köçəryanın həbsinin gizlinləri - Yeni hökuməti böyük çətinliklər gözləyir/ Politoloq

8-12-2018, 21:31 Yazar:  Gülnar Baxılıb: 50 Çap et
Köçəryanın həbsinin gizlinləri - Yeni hökuməti böyük çətinliklər gözləyir/ Politoloq
Dünən Ermənistan Apellyasiya Məhkəməs eks-prezident Robert Köçəryanın həbsi haqqında qərar verib. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan R. Köçəryanın artıq həbs edildiyini və "İrəvan-Kentron”da saxlanıldığını bildirib.

Bəs R. Köçəryanın parlament seçkiləri öncəsi həbsi nə dərəcədə gözlənilən idi? Bu, Ermənistanda siyasi proseslərə necə təsir göstərə bilər?


Politoloq Şahin Cəfərli BakuPost-a açıqlamasında bildirib ki, sabiq prezident 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir: "Nikol Paşinyan aprel inqilabı nəticəsində baş nazir vəzifəsinə əyləşdikdən sonra istintaq orqanları 2008-ci ilin 1 mart hadisələri ilə bağlı dosyeni yenidən açdılar. Qısaca xatırladaq ki, həmin dövrdə İrəvanda seçki saxtakarlığına, daha doğrusu, Serj Sarkisyanın Robert Köçəryan tərəfindən zorla prezident kreslosuna əyləşdirilməsinə etiraz edən kütlə zorakılıqla dağıdılmış və 10 nəfər ölmüşdü. Nikol Paşinyan o zaman Levon Ter-Petrosyanın seçki qərargahının fəallarından idi və hadisələrdən sonra polisin əlinə keçməmək üçün il yarım gizlənmiş və sonda təslim olmuş, 7 il müddətinə azadlıqdan məhrum edilmiş və 1 il sonra amnistiya ilə azadlığa çıxmışdı. Elə məhz bu məqama görə Köçəryan və digər müxaliflər hazırda Paşinyanı şəxsi qisasçılıq zəminində hərəkət etməkdə günahlandırırlar. Sabiq prezident haqqında Konstitusiya quruluşunu zorla devirmək ittihamı ilə hələ iyulun 28-də 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, lakin avqustun 13-də Apellyasiya Məhkəməsi onun toxunulmazlıq hüququna malik olduğunu əsas gətirərək Köçəryanı azadlığa buraxdı. Baş Prokurorluğun bu qərardan verdiyi şikayət dekabrın 7-də təmin olundu və Köçəryan yenidən təcridxanaya salındı”.


Politoloq hesab edir ki, bu qərar gözlənilən idi, çünki keçmiş prezident iş üzrə adı keçən 1 saylı fiqurdur: "Əgər ona qarşı hər hansı tədbir görülməyəcəksə, o zaman bu dosyeni açmağın mənası qalmaz. Yaxın keçmişdə dövlətə, xalqa qarşı cinayətlər törətmiş, korrupsiya yolu ilə külli miqdarda vəsait mənimsəmiş insanların cəzalandırılması Paşinyanın əsas vədlərindən biridir. Burda təbii ki, Paşinyanın siyasi maraqları da rol oynayır. Köçəryan Sarkisyanla bərabər Qarabağ klanının lideridir və Ermənistan toplumunda böyük nüfuzu olmasa da, dövlət aparatında, eləcə də Dağlıq Qarabağda nüfuz və güc sahibidir. Rusiyanın timsalında güclü xarici dəstəyi də var. Bu klan zərərsizləşdirilməsə, onun revanş imkanları qalacaq. Təbii ki, bunu Paşinyan da anlayır və indidən preventiv tədbirlər görür. Yəni keçmiş rejim mənsublarına qarşı hüquqi təqiblər haqlı səbəblərlə həyata keçirilsə də, əslində həm də Paşinyanın öz hakimiyyətini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilməlidir. Qərarın seçkidən 2 gün öncə verilməsi isə Paşinyanın həm tərəfdarlarına, həm də opponentlərinə mesajıdır ki, mən güclüyəm və öz vədlərimi yerinə yetirməkdə qərarlıyam”.

Ş. Cəfərli R. Köçəryan Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluq əlaqələrinə malik olduğuna da diqqət çəkib: "Avqustun 31-də Putin doğum günü münasibətilə Köçəryana telefon açaraq onu təbrik etmişdi. Bu, sıradan bir təbrik deyildi, istintaq altında olan şəxsə açıq dəstək nümayişi idi. Rusiya Ermənistandakı yeni nəsil siyasətçilər arasında güvənə biləcəyi bir fiqur tapmaqda çətinlik çəkir. Moskva ümidli idi ki, Serj Sarkisyandan sonra baş nazirin 1-ci müavini Karen Karapetyan prosesləri nəzarətə götürə biləcək. Lakin qısa zamanda məlum oldu ki, bu şəxsin istər hakimiyyətin daxilində, istərsə də Ermənistan cəmiyyətində hər hansı nüfuzu yoxdur. Bu səbəbdən Moskva özünün köhnə kadrlarını oyuna daxil etmək zorunda qaldı. Putinin telefon zənginin arxasında bu niyyət dayanırdı. Ehtimal edilirdi ki, Putinin diqqəti Köçəryan üçün immunitet rolunu oynayacaq və Paşinyan onu yenidən həbs etdirməkdən çəkinəcək. Lakin bu gümanlar boşa çıxdı və bir daha məlum oldu ki, Paşinyan öz nisbi müstəqilliyini qorumaq, heç də bütün məsələlərdə Moskva ilə məsləhətləşmək fikrində deyil. Şübhəsiz ki, bu addım Rusiyanı qıcıqlandıracaq. Necə ki, Paşinyan gədikdən sonra baş verən digər hadisələr – Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının baş katibi ilə bağlı məsələ, "Qazprom”un və "Rusiya Dəmir Yolları”nın yerli törəmə şirkətlərində yoxlamalar aparılması və korrupsiya faktlarının aşkarlanması Kremli qıcıqlandırır. Parlament seçkilərində Paşinyanın blokunun qələbəsi şübhə doğurmur. Lakin qələbədən sonra yeni hökuməti böyük çətinliklər gözləyir. Əgər Paşinyan öz vədlərini yerinə yetirə bilməsə, xüsusən də sosial-iqtisadi sahədə irəliləyişlər əldə olunmasa və xalqın həyatında müsbət dəyişikliklər baş verməsə, baş nazirin reytinqi əriməyə başlayacaq. Bu durumda Rusiyanın dəstəklədiyi siyasi qüvvələr güclənməyə başlayacaq və Paşinyana təzyiqi artıracaqlar”.

Çingiz
BakuPost




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az