t s

» » Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada

Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada

8-12-2018, 21:03 Yazar:  Gülnar Baxılıb: 68 Çap et
Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada
Bu gün Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı ilə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, tədbirdə rayonun idarə müəsisə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəsisələrinin nümayəndələri və gənclər iştirak etmişdir. Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.


Tədbiri Ağstafa rayon icra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev giriş nitqi ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışdı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın bu gün də inkişaf etdiyini vurğuladı. Dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirdi.

Sonra anım tədbirində Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov və rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli çıxış edərək bildirdilər ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. O zaman xalqımızı düşdüyü bu bəlalardan xilas edəcək böyük siyasi xadimə ehtiyac duyulurdu. Belə bir vaxtda xalq dahi şəxsiyyət Heydər Əliyevə inanaraq onu böyük etimadla ölkə prezidenti seçdi. Məhz dahi şəxsiyyətin xilaskarlıq missiyasının başlaması ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan nicat tapdı, bu gün onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq.

Sonda qeyd edildi ki, Ulu Öndərin irsinin onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bu gün də özünü hər bir sahədə göstərməkdədir.

Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada
Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada
Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az