t s

» » Quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələri açıqlandı

Quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələri açıqlandı

8-12-2018, 20:52 Yazar:  Gülnar Baxılıb: 43 Çap et
Quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələri açıqlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirilib.

Monitorinqlər 27-30 noyabr tarixlərində Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılıb.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin,Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər.

Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.oxu.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:35 "Quş qripi" ilə bağlı monitorinqlərin nəticələri AÇIQLANDI Noyabr ayının 12-dən 16-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, agentlik və regional bölmələrinin (2, 3, 5, 6, 11 saylı), Milli İstinad
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:15 Azərbaycanda "Quş qripi" təhlükəsi var? - Rəsmi açıqlama "Quş qripi"nə görə aparılan növbəti monitorinq başa çatıb. Martın 27-dən "quş qripi" xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az