t s

» » Azərbaycanda dollar kreditləri ilə bağlı YENİ QAYDA

Azərbaycanda dollar kreditləri ilə bağlı YENİ QAYDA

8-12-2018, 18:30 Yazar:  Gülnar Baxılıb: 138 Çap et
Azərbaycanda dollar kreditləri ilə bağlı YENİ QAYDA
Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib.

Bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

Qaydalra görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlar xarici valyutada istehlak kreditlərini yalnız o zaman ala bilər ki, onun təminatı kimi, bankda xarici valyutada depozit olsun. Özü də bu depozit ya borcalana, ya da üçüncü şəxsə aid ola bilər.

Bundan başqa, xarici valyutada istehlak krediti banka girov qoyulmuş bank metalları müqabilində də verilə bilər. Bir şərtlə ki, kreti təminatı əmsalı 90%-dən çox olmasın. Yəni götürülən kredit girovun məbləğinin 90%-dən artıq olmasın.

Qaydalara görə, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu kreditlərdə isə kredit zəmanət əmsalı 70%-dən artıq olmamalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
08:09 Aslanlı qısa müddətdə bank sahibi olan yüksək çinli məmurlarla düşmən oldu… – İDDİA Rüfət Aslanlının vurulması və struktur dəyişiklikləri ilə böyük maliyyəyə nəzarətin ilkin qalibləri müəyyənləşsə də, mübarizə başa çatmayıb Bir neçə gün əvvəl yerli mətbuatda unikal videoyazı paylaşılmışdı. Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın rəhbəri Rüfət Aslanlı özünün,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az