t s

» » ABŞ-a məxsus hərbi gəmi təhlükəli dərəcədə Rusiya bazasına yaxınlaşdı

ABŞ-a məxsus hərbi gəmi təhlükəli dərəcədə Rusiya bazasına yaxınlaşdı

6-12-2018, 19:27 Yazar:  Nurlan Baxılıb: 39 Çap et
ABŞ-a məxsus hərbi gəmi təhlükəli dərəcədə Rusiya bazasına yaxınlaşdı
Birləşmiş Ştatlara məxsus "McCampbell" hərbi gəmisi Rusiyanın Sakit okeanda yerləşən bazasının yaxınlığından keçib.

Mediaxeberleri.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Rusiyaya həddən artıq olan dəniz iddiaları ilə bağlı xəbərdarlıq etmək, həmçinin ABŞ və digər ölkələrin dənizdə azad üzmək hüququnu qorumaq üçün "McCampbell" gəmisi Böyük Pyotr körfəzinin ətrafında üzüb" - deyə ABŞ-ın Sakit okeandakı donanmasının nümayəndəsi Reyçel Makmarr bildirib.

O vurğulayıb ki, bu addım Rusiyaya qarşı yönəlməyib və bu yaxınlarda Qara dənizdə, Kerç boğazında baş verənlərlə bağlı deyil. Makmarr vurğulayıb ki, Birləşmiş Ştatlar hərbçiləri beynəlxalq hüququn imkan verdiyi ərazilərdə uçacaq, üzəcək və fəaliyyət göstərəcək: "Bu, həm Yapon dənizinə, həm də dünyada digər ərazilərə aiddir".

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr, Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və 26 dekabr saat 16:00-a qədər davam edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:07 Rusiya-Ukrayna gərginliyi kritik həddə Kreml hərbi rejim elan etmiş Kiyevə nota verdi; bakıdan baş verənlərə reaksiyalar Noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya döyüş gəmilərinin heyətləri arasında baş verən insident böyüyür. Hər keçən gün tərəflər savaş meydanına sürüklənir. Artıq Ukraynada hərbi vəziyyət elan olunub. Ölkə
01:24 Rus gəmilərinin taranı: 6 yaralı, 3 Ukrayna gəmisi isə... - Şok video Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı
00:25 Rusiya gəmilərinin Ukrayna gəmisinə taranı - Şok video Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı
22:38 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qapalı korrupsiya Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az