t s

» » Eks-nazirin qardaşından şok addım - Girov, hədə-qorxu...

Eks-nazirin qardaşından şok addım - Girov, hədə-qorxu...

6-12-2018, 18:00 Yazar:  Gülnar Baxılıb: 41 Çap et
Eks-nazirin qardaşından şok addım - Girov, hədə-qorxu...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb.

"Qafqazinfo" xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşad Tahirov mülki iddia verərək Ə. Əhmədovun ona dəyən ziyanı ödəməsini tələb edib.

Ə. Əhmədovun vəkillərinin cinayət işinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.

Proses dekabrın 19-da davam etdiriləcək.

İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub.

O, 2016-cı ilin iyun ayında polkovnik Hörmət Əskərova sələmə 100 min dollar pul verib. Hörmət isə pulu və faizini qaytarabilməyib. Buna görə iyulun 2-də H. Əskərovu "Parkplyus" əyləncə mərkəzində yerləşən ofisinə çağırıb qapını bağlayaraq girov saxlayıb və pulu verməyəcəyi təqdirdə buraxmayacağını deyib. Həmin zaman ona bir neçə dəfə zərbə də vurub. Daha sonra Rəşad Tahirovun qohumu Hörmətə kömək edəcəyini vəd etdiyini öyrənib. Bunu bəhanə edərək Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv edəcəyi ilə hədələyib. Ə.Əhmədov avqust-sentyabr aylarında Rəşad Tahirovdan 140 min dollar alıb.

H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əskərov da dələduzluğa görə həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. Onun bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul "atıb". H. Əskərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.

H. Əskərov Rəşad Tahirovun arvadının qohumudur.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az