t s

» » Kreml görüşü: Putin Paşinyana dəstək verməyəcək... – Şərh

Kreml görüşü: Putin Paşinyana dəstək verməyəcək... – Şərh

6-12-2018, 17:57 Yazar:  Gülnar Baxılıb: 43 Çap et
Kreml görüşü: Putin Paşinyana dəstək verməyəcək... – Şərh
Sankt-Peterburqda Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilə bilər.

Bu sözləri Axar.az-a Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal toplantısı çərçivəsində Rusiya və Ermənistan rəhbərlərinin görüş ehtimalını dəyərləndirən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, MDB dövlət başçıları arasında ikitərəfli görüşlər reallaşsa da, bu, geniş tərkibdə olmayacaq:

“O cümlədən Sankt-Peterburqda Putinlə Paşinyan arasında da ikitərəfli görüş keçirilə bilər. Əslində, bu görüşlərin seçkidən öncə keçirilməsi tamamilə təsadüfdür. Ancaq istənilən halda bu görüşün Ermənistanın daxilində gedən proseslərə və növbədənkənar parlament seçkisinə heç bir təsiri olmayacaq, formal xarakter daşıyacaq. Ona görə də bu görüşdən nəsə gözləmək olmaz”.

Millət vəkili Rasim Musabəyov isə ümumiyyətlə belə bir görüşün olacağını düşünmür:

“Çünki nə Putin seçkilərlə bağlı Paşinyana dəstək vermək istəyir, nə də Paşinyanın buna ehtiyacı var. Böyük ehtimalla, hər iki tərəf məsafə saxlayacaq və ümumiyyətlə mümkün qədər belə bir görüşdən qaçmaq istəyəcəklər. Bu görüş baş tutsa belə, onun hansısa nəticəsi olmayacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq Sankt-Peterburqadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:40 Ermənistan Putinin mərhəmətinə ümid edir Rusiya lideri ona asi çıxan İrəvanı bağışlayacaqmı? Paşinyan hökumətinin taleyi seçkilərdən 3 gün əvvəl həll oluna bilər; politoloq: “Ermənistanın KTMT-də baş katiblik vəzifəsini qoruması...” Dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və
22:47 Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI ABŞ-ın Tehran rejiminə tətbiq etdiyi sanksiyalar Ermənistanda bank hesabları olan iranlılar üçün ciddi problem yaradıb. Onların hesabları dondurulmaq təhlükəsi ilə üzləşib. Problem İranda anadan olan və Ermənistanda yaşayan ermənilərə də təsir göstərib. Yəni İranda anadan olmuş və hər iki ölkənin
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az