t s

» » Azərbaycan qazına yeni rəqib

Azərbaycan qazına yeni rəqib

6-12-2018, 17:23 Yazar:  Müşfiq Abdulla Baxılıb: 41 Çap et
Azərbaycan qazına yeni rəqib
İsrail 2025-ci ilin sonuna kimi yeni böyük qaz kəməri ilə Avropaya qaz tədarükünü başlatmaq niyyətindədir. Ölkənin energetika naziri Yuval Ştaynits bildirib ki, 2019-cu ilin fevral ayınadək Yunanıstan, Kipr və İtaliya ilə müvafiq sazişlər imzalanmalıdır. Onun sözlərinə görə, Kiprdən də qaz tədarükü nəzərdə tutulub. Nazir qeyd edib ki, AB ekspertləri tərəfindən tərtib edilən texniki-iqtisadi əsaslandırma layihəni müsbət qiymətləndirdikdən bir il sonra məsələ ilə bağlı dörd ölkə prinsipial razılığa gəlib.

İsrail qazının Avropaya tədarükü 2026-cı ildə başlamalıdır. Həmin ilə kimi Kipr, Krit və Yunanıstandan keçməklə İsraildən İtaliyaya uzanan qaz kəməri inşa ediləcək. İlkin hesablamalara əsasən, 2100 kilometr uzunluğa malik qaz kəmərinin tikintisi təxminən 6 milyard avroya başa gələcək. Xəttin Aralıq dənizinin 3000 metrlik dərinliyində salınması planlaşdırılır. Qaz kəməri İsrailin yataqlarla zəngin bölgəsindən Kiprə, oradan isə Krit adasına və Yunanıstanın materik hissəsindən İtaliyaya kimi uzanacaq.

Ştaynits qeyd edib ki, saziş rəsmi şəkildə imzalandıqdan sonra bir il ərzində boru kəmərinin özəl maliyyələşmə məsələsi həll edilməlidir. Xəttin çəkilməsi daha 4-5 il davam edəcək. “Hər şey plana uyğun getsə, onda 2024-2025-ci ildə Avropanın enerji tədarükçüsünə çevriləcəyik”, - nazir bildirib.

İsrailin energetika nazirliyindən verilən məlumata əsasən, layihədə iştirak edən 4 ölkənin razılığı ilə ona başqa ölkələr də qoşula bilər. AB texniki-iqtisadi əsaslandırmaya və planlamaya 70 milyon avro ayırıb. Avropaya qaz magistralının tikintisi üzrə qarşılıqlı anlaşma memorandumu İsrail, Kipr və Yunanıstanın energetika nazirləri, eləcə də İtaliyanın Kiprdəki səfiri tərəfindən ötən ilin dekabr ayı imzalanıb. Nikosiyada baş tutan imzalama mərasimində AB-nin energetika və iqlimin müdafiəsi məsələləri üzrə komissarı Migel Arias Kanyete də iştirak edib.

Qeyd edək ki, İsrailin təbii qaz ehtiyatları Avropanın enerji bazarında Rusiya üçün başlıca rəqiblərdən biri hesab edilir. Hazırda İsrailə məxsus açıq dənizdəki yataqlarda minimum 900 milyard kubmetr qaz ehtiyatı var. Ən böyük qaz yatağı olan “Levanta”da 620 milyard kubmetr həcmində işlənməmiş “mavi yanacağın” olduğu bildirilir. İsrail qazının alışı Avrponın enerji idxalının diversifikasiyası baxımından əlverişli sayılsa da, “Şimal axını-2”, Cənub Qaz Dəhlizi və “Türk axını” kimi marşrutlarla nəql olunacaq yanacağa ciddi alternativə çevriləcək. Ona görə də İsrailin Avropaya qaz satmaq üçün başladılan işlər “TANAP-TAP” boru kəmərləri vasitəsilə Azərbaycan qazına tələbatı azalda bilər.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netenyahu 2016-cı ilin dekabr ayında Bakıya səfəri zamanı ölkəsində hasil ediləcək təbii qazın Türkiyə ərazisindən keçməklə TAP kəməri vasitəsiə Avropa bazarlarına daşınmaq niyyətini açıqlamışdı. Lakin sonradan Türkiyə ilə İsrail arasında siyasi münasibətlərin gərginləşməsi görünür, rəsmi Təl-Əvivin bu plandan imtina etməsinə səbəb olub. Ancaq İsraillə yanaşı, geniş ehtiyatlara malik Kiprin və növbəti mərhələdə isə Misir qazının Aralıq dənizinin dibi ilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Kiprin ən böyük qaz yatağı olan “Afrodita”da karbohidrogen ehtiyatlarının ümumi həcmi 127,4 milyard kubmetr təşkil edir. Nil çayının deltasında və “Levathan” hövzəsində 10 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu müəyyən edilib. Bu enerjinin Avropaya daşınması Qərb ölkələrinin Rusiyadan hazırkı asılılığına son qoya bilər.

Müşfiq Abdulla
Cebhe.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
19:58 TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri... Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat
18:49 Putin Azərbaycan qazını əngəlləmək üçün 5 milyard avro verir Yunanıstan baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqlara dair sensasion məlumat yayılıb. Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı Yunanıstanın hakim SYRİZA partiyasındakı yüksək rütbəli mənbəyə istinadən yazdığına
21:40 TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY “Bu, texniki baxımdan çox çətindir”. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az