t s

» » İranla bağlı dəhşətə GƏLƏCƏYİNİZ YENİ FAKTLAR: 13 yaşlı qızlar...

İranla bağlı dəhşətə GƏLƏCƏYİNİZ YENİ FAKTLAR: 13 yaşlı qızlar...

6-12-2018, 17:02 Yazar:  Gülnar Baxılıb: 58 Çap et
İranla bağlı dəhşətə GƏLƏCƏYİNİZ YENİ FAKTLAR: 13 yaşlı qızlar...
“İranda fahişəliyin yaşı cavanlaşaraq 13-ə enib”.

Bu barədə İran Mədəni İnqilab Şurası sədrinin ailə və qadın məsələləri üzrə müavini Firiştə Ruhəfza deyib.

F.Ruhəfza jurnalistlərə açıqlamasında ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.



Müavin bildirib ki, İranda yaşanan dərin ictimai böhranlar ucbatından müxtəlif səbəblərə görə ata evindən qaçan gənc qızların sayı getdikcə artır: “Ata evindən qaçan qızların əksəriyyəti 13-15 yaşlarında olanlardır. Bu barədə statistik rəqəmlər mövcuddur. Lakin yaxşısı budur ki, bu rəqəmlər açıqlanmasın. Belə bir narahatlıq var ki, rəqəmlərin açıqlanması bu yaşlarda olan digər qızları da eyni addım atmağa cəsarətləndirə bilər. Statistik rəqəmlərin də göstərdiyi kimi, İranda fahişəliyin yaşı cavanlaşaraq, hazırda 13-ə enib. Qız və oğlanların bir-biri ilə tanış olması yaşı da xeyli aşağı düşüb və artıq onlar ibtidai məktəb yaşlarından bir-biri ilə tanış olur, dostluq edirlər. 13 yaşına çatan qızlar cinsi məsələləri tam başa düşür, bu kimi mövzularla maraqlanmağa başlayırlar. Bu maraqlanma isə, onlarda əks cins nümayəndələri ilə tanış olmaq və cinsi baxımdan öz ehtiyaclarını təmin etmək məsələsinin ortaya çıxmasına səbəb olur”.

Sədr müavini qeyd edib ki, bu gün televiziyada, mediada, internet saytlarında, xüsusən, sosial şəbəkələrdə cinsi məsələlərlə bağlı mövzuların paylaşımı geniş vüsət alıb: “Bu isə gənc qızların bu kimi mövzularla maraqlanmasına, onların cinsi əlaqəyə olan ehtiyac və hislərinin oyanmasına və bununla bağlı böhran yaşamasına səbəb olur. Məhz buna görə də, hesab edirəm ki, hökumət qurumlarının bu sahələrə olan nəzarəti gücləndirilməlidir. Vəziyyət belə olduğu bir halda, düşünürəm ki, hökumət evlənmə problemləri ilə bağlı mövcud maneələri aradan qaldırmalı, ölkə parlamenti isə, gənclərin evliliyini asanlaşdıran qanunlar qəbul etməlidir”.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az