t s

» » Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı

Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı

6-12-2018, 16:06 Yazar:  Gülnar Baxılıb: 44 Çap et
Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı
Dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviuləsi Təşkilatına üzv ölkələrin prezidentləri yeni Baş katibi seçməli idilər.

Modern.az xəbər verir ki, gözlənilən sammit təxirə salınaraq Yeni İldən sonra keçiriləcək. Amma baş verənlərlər bununla yekunlaşmadı.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitin Ermənistan tərəfinin xahişi ilə təxirə salındığını və bunun ölkədə seçkiqabağı situasiya ilə əlaqələndirildiyini söylədi. Bunun ardınca, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Arman Yeqoyan ölkə rəhbərliyinin bu cür xahişlə müraciət etmədiklərini diqqətə çatdırdı.

Yaranmış qarışıqlığa reaksiya verən Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova rəsmi Yerevanın açıqlamasının anlaşılmazlıq yaratdığını söylədi.

KTMT-ın Baş katibi funksuyasını müvəqqəti olaraq icra edən rusiyalı nümayəndə Valeri Semerikov sammitinin ləğvinin hərbi-siyasi blokun rəhbərləri tərəfindən verildiyini xatırlatdı.

MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin dövlət başçılarının sammitinin ləğvinin Ermənistana sərf etdiyini açıqlayıb. Onun fikrincə, Yerevan Yuri Xaçaturovun istefasından sonra bu postu öz əlində saxlamağa çalışır.

“Ermənistan Baş katib postunu əlində saxlamaq istəyirdi. Amm əksər üzvlər Belarusun namizədinin təyin olunmasını gözləyirlər”.

Jarixinin fikrincə, sammtini təxirə salınması Yerevanın maraqlarına cavab verir və təşkilat daxilində yekdil qərarın olmamasından xəbər verir. O həmçinin, Paşinyanın 9 dekabr parlament seçkiləri öncəsi hiyləyə əl atdığını da deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:40 Ermənistan Putinin mərhəmətinə ümid edir Rusiya lideri ona asi çıxan İrəvanı bağışlayacaqmı? Paşinyan hökumətinin taleyi seçkilərdən 3 gün əvvəl həll oluna bilər; politoloq: “Ermənistanın KTMT-də baş katiblik vəzifəsini qoruması...” Dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və
13:00 XAÇATUROVUN HƏBSİ RUSİYA-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ PİSLƏŞDİRDİ, KTMT-NİN NÜFUZUNA XƏLƏL GƏTİRDİ” – ÖZÜNÜTƏCRİD "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov 2008-ci ilin mart ayında hakimiyyətin Köçəryan tərəfindən xələfinə ötürülməsi zamanı Yerevan qarnizonunun komandanı olub və dinc nümayişçilərə atəş açılmasında, konstitusiya quruluşunun güc yolu devrilməsində ittiham
17:46 İrəvan “beşliyə” qarşı çıxdı - “KTMT-dəki baş katib postu bizim olmalıdır” "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postu Ermənistanda qalmalıdır. Çünki bunun üçün bizim yaxşı potensialımız var" Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan “TASS”-a müsahibəsində deyib. Jurnalistin
21:23 Azərbaycanın Qarabağ diplomatiyasını gücləndirən növbəti uğur… Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri də işğalçı Ermənistanın beynəlxalq müstəvidə təcavüzkarlığının tam ifşa edilməsi, mövqelərinin daha zəif hala gətrilməsidir. Ötən dövr ərzində Azərbaycan qeyd olunan istiqamətdə böyük nailiyyətlərə
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az