t s

» » Meyitdən uşaqlıq köçürülmüş qadın uşaq doğdu - Dünyada ilk dəfə

Meyitdən uşaqlıq köçürülmüş qadın uşaq doğdu - Dünyada ilk dəfə

6-12-2018, 15:39 Yazar:  Gülnar Baxılıb: 39 Çap et
Meyitdən uşaqlıq köçürülmüş qadın uşaq doğdu - Dünyada ilk dəfə
Əvvəllər bu hadisə yalnız canlı donordan köçürülmüş uşaqlıq transplantasiyası zamanı qeydə alınmışdı.

İlk dəfə 2014-cü ildə İsveçdə canlı donordan köçürülmüş orqandan sağlam uşaq doğulmuşdu. Bu üsulla dünyada cəmi 12 uşaq doğulub. Uşaqlıq orqanı müxtəlif səbəblərdən bu orqanı olmayan və ya itirilmiş qadına canlı donorlar- rəfiqələri, qohumları tərəfindən könüllü olaraq köçürülürdü.

Amma dünyada uşaqlıq orqanına ehtiyac duyan qadınlar çox olduğundan alimlər meyitdən orqan köçürülməsi barədə araşdırmalar və işlər aparırlar.
Medicina.az xəbər verir ki, Türkiyə də daxil olmaqla 4 ölkədə olunan bu cəhd bu vaxta kimi uğursuzluqla nəticələnmişdi.

Braziliyanın San Paulo universitetində 2016-cı ildə həyata keçirilmiş ölü donordan uşaqlıq transplantasiyası uğurlu alınmışdır. 32 yaşlı pasiyentin anadangəlmə uşaqlığı yox idi. Donor isə 45 yaşlı qadın oldu. O, 3 dəfə doğum etmiş,beyinə qan sızmasından ölmüşdü.

Əməliyyatdan 35 gün sonra qadında aybaşı başlayır, orqan tamamilə orqanizmlə uyğunlaşır.
4 ay sonra qadına süni mayalanma olunur və qadın hamilə qalır.

Uşaq sağlam şəkildə doğulur, donor uşaqlıq əməliyyatla çıxarılır ki, qadın ağır immunitet saxlayıcı dərmanları qəbul etməsin.
Dünyaya gəlmiş qız uşağı normal şəkildə böyüyür, ana südü ilə qidalanır.

Ananın da sağlamlığı qaydasındadır. Təcrübənin müəllifləri bildirir ki, meyitdən uşaqlıq köçürməklə sağlam hamiləlik və uşaq dünyaya gətirmək mümkündür. Bu metodla uşaq həsrətində olan çox qadını sevindirmək mümkündür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
19:02 Hamilə və övlad istəyən qadınlara müjdə - Foto Bakıda hamilə qadınlar və övlad sahibi olmaq istəyənlər üçün vacib dəstək proqramı keçirilir. TİA.AZ xəbər verir ki, cütlüklər üçün EBT – Ailə danışmanlığı proqramı getdikcə populyarlaşır. “Bakı şəhərində hamilə qadınlar, uşağı olmayanlar, övlad sahibi olmaq istəyənlər, süni mayalanma proseduruna
10:25 Ana südü steril deyil Ənənəvi olaraq analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür. «The American Journal of Clinical Nutrition» jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən aparılan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az