t s

» » Müəllimlə şagird arasındakı davaya görə direktor nazirliyə çağırıldı

Müəllimlə şagird arasındakı davaya görə direktor nazirliyə çağırıldı

6-12-2018, 14:08 Yazar:  Gülnar Baxılıb: 47 Çap et
Müəllimlə şagird arasındakı davaya görə direktor nazirliyə çağırıldı
Xəbər verdiyimiz kimi, Bakıda 12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagird mübahisə edib.

Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə ölkə mətbuatında ictimailəşəndən sonra 12 nömrəli Bakı Peşə Liseyinin direktor əvəzi Şahin Bəylərov Təhsil Nazirliyinə çağırılıb.

"Bu davaya görə indi nazirliyə gedirəm. Nazirliyin balansında olan Peşə Təhsili üzrə Dövlət Agentliyinə çağrılmışam. Bizə bu barədə dünən məlumat verilib. Artıq bununla bağlı pedaqoji şuranın iclasını çağırmışıq. Dünən həm müəllimi, həm şagirdi çağırıb söhbət etdik. Məlum oldu ki, sözügedən hadisə oktyabr ayında olub. Liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev və şagird Elvin Xəlilov hadisəni bizdən gizlədiblər. Niyə bunu rəhbərliyə deməyiblər, gizli saxlayıblar və bu indi ictimailəşib bizə də qaranlıqdır. Bu məsələlər pedaqoji şurada aydınlaşdırılacaq. Dünən həmin şagirdin valideynini də liseyə dəvət etmişdik. O da bildirdi ki, bu davadan xəbərsizdirlər".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:28 Şok kadrlar: Bakıda müəllimlə şagird arasında mübahisə yarandı - VİDEO Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib. Həmin anların görüntüsü dərsdə olan digər şagirdlərin biri tərəfindən çəkilib. Əməkdaşlarımız sərt mübahisənin baş verməsinin səbəblərini araşdırıb. Müəllim deyib ki, uşaqlar sinifdə səs salıb, hətta stolların üzərinə çıxıblar.
16:23 Direktor Anar Ələkbərovun adından istifadə edib özbaşınalığa yol verir- İDDİA Bakı şəhəri Nizami rayonu, 250 saylı tam orta məktəbin kollektivi adından AFN-in redaksiyasına şikayət məktubu daxil olub. Bildirilir ki, adıçəkilən məktəbdə 2017-ci ilin sentyabr ayından direktor vəzifəsi boşdur. Hazırda direktor vəzifəsini ibtidai siniflərə baxan direktor müavini Əfşan Əliyeva
12:20 Bərdədə şöbə müdiri məmurları hökumətin üstünə qaldırır - prezidentə dosye Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov yerli məmurların “qanını içir” Z.Bəylərov rayon rəhbərliyinin ümumi siyasətinə qarşı gedərək icra nümayəndələrini hökumətin üstünə qaldırır. Onlardan hər ay pul yığan
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
01:33 Dövlət adı altında talançılıq - (Araşdırma) ...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı. Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az