t s

» » Azərbaycan və Türkiyə yeni zavod açacaq

Azərbaycan və Türkiyə yeni zavod açacaq

6-12-2018, 10:43 Yazar:  Günel Baxılıb: 52 Çap et
Azərbaycan və Türkiyə yeni zavod açacaqAzərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

"Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq", - nazir Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.

"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:23 1 MİLYARD DOLLARLIQ YARIMÇIQ LAYİHƏ VƏ… - Bakı-Tiflis Qars layihəsi niyə tam işə düşə bilmir? Bir neçə gün əvvəl Azərbaycanın mühüm regional layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsinin bir ili tamam oldu. Uzun illər ərzində tikintisi gedən bu xəttin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri, Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri,
13:43 Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir. Bunu müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib. Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi,
23:12 "Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün..." - Əli Həsənov “Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrildi. Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region
13:46 Cavid Qurbanov nələr edib? - İki il Kadr dəyişiklikləri hər zaman cəmiyyətin diqqət mərkəzində olub. Dünyada neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycanda hökumətin yeni eraya qədəm qoyduğunu vurğulayanların arqumenti ondan ibarətdir ki, ənənəvi kursla idxal-ixrac əməliyyatlarında müsbət saldonu qoruyub saxlamaq, ölkədə
23:30 Ziya Məmmədov: Bakı Limanının yenidən qurulması əlamətdar hadisədir “Məqsədimiz Azərbaycanı regionda əsas ticarət qovşağına çevirməkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektoru da sürətlə inkişaf edir, ölkə başçısının təşəbbüsü ilə reallaşan nəhəng infrastruktur layihələri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az