t s

» » Fəxrəddin Manafov teatrdan getdi

Fəxrəddin Manafov teatrdan getdi

6-12-2018, 10:19 Yazar:  Günel Baxılıb: 38 Çap et
Fəxrəddin Manafov teatrdan getdiXalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

Mediaxeberleri.az xəbər verir ki, Manafov 1news.az-ın redaksiyasına məktub göndərib.

Teatr aktyorun işinin başında olduğunu desə də, o, bunu inkar edib:

“Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.

Mediaxeberleri.az: Fəxrəddin Manafov işdən çıxıb? - AÇIQLAMA
Teatrda iki ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər:

“Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal peşəkar iş üçün lazım olan sadə, elementar şeyləri tələb etməli olduğundan şikayətlənib:

“Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi.

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin. Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı:

“Manafov oynayanda kulislərdə sükutdur”.

Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:

“Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum.

Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan... O, mənə “Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. “Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O, əlbəttə, orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.

Pioner qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə “Dünya sənin ətrafında dönmür” dedi, ancaq nəyin ətrafında döndüyünü bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın mərkəzini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. “Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb.

Direktorla əsas rejissorun kabineti arasındakı qəbul otağında kresloya yayxanmış və mənəvi cəhətdən hələ tam formalaşmamış ORQANİZM mənə kobudluq etməyə başladı. Mən isə kobuluğu qəbul etmirəm”.

Xalq artisti məktubunun sonunda teatrın kassalarından onun iştirakı ilə "Mərasim" tamaşasına bilet axtarmamağı məsləhət görüb. O, tamaşanın onun iştirakı ilə bir daha olmayacağını bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az