t s

» » Dövlət Gömrük Komitəsindən yenə də şikayət gəldi

Dövlət Gömrük Komitəsindən yenə də şikayət gəldi

6-12-2018, 07:43 Yazar:  Nurlan Baxılıb: 726 Çap et
Dövlət Gömrük Komitəsindən yenə də şikayət gəldi

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qazax rayonu Çaylı kənd sakini Eyvaz İsa oğlu Əliyevin Sınıq Körpü Gömrük-Keçid Məntəqəsindən olan şikayəti səngimək bilmir. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin tutduğu əməllər, görünür aidiyyəti orqanların nəzarətindən yayınıb. Şikayətçinin ürəkdolusu yazdığı ərizədən belə məlum olur ki, Rəşad Babayev kimiləri Azərbaycan vətəndaşlarını və eyni zamanda, Azərbaycana gələn xarici vətəndaşları incitməklə ölkəyə zərbə vurur. Şikayətçinin şikayətinə isə laqeyd münasibətin bəslənməsi onunla izah edilir ki, gömrükdə əyləşən hər bir kömrük işçisinin, o cümlədən Rəşad Babayevin yüksək çinli havadarı vardı. Bu da dövlət siyasətinə heç cürə uyğun gəlmir.
Şiakayətçi Eyvaz Əliyevin ərizəsini olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Qazax rayonu Çaylı kənd sakini, sahibkarlıq fəaliyyəti ilə
məşğul olan
Əliyev Eyvaz İsa oğlu tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Hörmətli cənab Prezident!
Ali Baş Komandan!
Dövlətə, dövlətçiliyə sadiq olan bir Azərbaycan vətəndaşı kimi gömrük postlarında baş alıb gedən hərcmərliklərə, məmur özbaşınalıqlarına göz yuma bilmədiyim üçün, yenə də Sizə müraciət etmək məcburiyyətindəyəm. Dəfələrlə Sizə müraciət etməyimə baxmayaraq görünür ki, məktublarımın Sizə çatdırılmasına bəzi qara qüvvələr tərəfindən imkan verilmir.
Bölgələrdəki gömrük postlarının rəhbər işçilərinə Dövlət Gömrük Komitəsində yüksək vəzifələrdə yer tutmuş, dövlət məmurları tərəfindən himayədarlıq edilərək xalqı ölkədəki məmur özbaşınalıqlarının qurbanına çeviriblər.
Nazirlər Kabinetinin çıxartdığı 305№li Qərarın həyata keçirilməsinə yenə də imkan verilmir. Vətəndaşlar qanunla nəzərdə tutulan qaydada gətirdikləri mallar gömrük keçid məntəqələrində zorla əllərindən alınaraq, gömrük anbarlarına yığılır. Baş verən qanunsuzluqları hər kəs kədər dolu, göz yaşları ilə qeyd etdiyindən məmur özbaşınalıqları ölkədəki quldarlıq quruluşunu xatırladır. DGK-də rəhbərlik dəyişsə də gömrük postlarındakı məmur özbaşınalıqları yenə də dəyişilməz olaraq qalır.
Bəzi üzdəniraq dövlət məmurları tərəfindən xalqın əlindən zorla alınmış gömrük anbarlarındakı mallara saxta dövlət aktları, mantaj olunmuş video çəkilişlər təşkil olunaraq hər kəsi inandırmaq üçün hər şeyin məhv olduğunu göstərirlər. Milyonlarla maya dəyəri olan gömrük anbarlarındakı mallar bazarlarda gizli şəkildə satılaraq, həmin çirkli pullar kimlərinsə şəxsi ciblərinə gedir. Vətəndaşların şikayət və müraciət ərizələrinin araşdırılmasına göndərilən dövlət məmurlarının Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev tərəfindən hər kəsin maddi maraqları təmin olunaraq, cibləri doldurulur. Baş verən qanunsuzluqlara göz yumaraq Rəşad Babayevdən razı gedirlər.
Hörmətli aidiyyatı orqanlar tərəfindən gömrük postlarındakı hərcmərcliklərin, qanunsuzluqların araşdırılmaması sonrakı korrupsiya hallarına, məmur özbaşınalıqlarına yenə də yol açır. Ulu Öndərimizin qurduğu müstəqil Azərbaycan dövləti gözdən düşür. İlham Əliyev hakimiyyətinə qarşı narazılıqlar artmaqda davam edir.
Sınıq Körpü Gömrük Keçid Məntəqəsində növbə rəisi işləyən Təvəkkül Bayramov dövlət büdcəsindən talan olunmuş pullar vasitəsi ilə Ağstafa rayon Ceyrançöl massivində milyonlarla qiyməti olan, aldığı qoyun yataqlarının, qoyun sürülərinin rəsmi faktlarla, video çəkiliş kasetləri ilə sübuta yetirilməsinə DGK-si göz yumaraq susur. Mənim isə iddiasız və sübutsuz olduğum bildirilir.
25.06.2018-ci ildə DGK-si tərəfindən mənim şikayət ərizələrimin araşdırılmasına göndərilən Əzizağa Məcidov həmin yataqların Təvəkkül Bayramova məxsus olmasını təsdiq etsə də rəsmi sənədlərdə onun adının olmadığını deyərək Təvəkkül Bayramovun havadarlarının qanunsuz əməllərini ört-basdır etdi.Həmin yataqlar Ağstafa Rayon İcra Hakimiyyətinin balansında olduğundan Təvəkkül Bayramova məxsus olması ilə əlaqədar kifayət qədər faktlar və sübutlar var. Qonşu yataqların çobanları da hər şeyin ona məxsus olmasını təsdiq edir. Əffsuslar olsun ki, Təvəkkül Bayramovun korrupsiya əməlləri üstü ört-basdır olunaraq, yeri dəyişdirilərək Xudafərin Postuna göndərildi. Yəqin ki, Təvəkkül Bayramov yuxarıdakı havadarları üçün qaz vurub qazan doldurmaqda çox maraqlı – təcrübəli bir oyunçudur.
Belə insanlar DGK-də kifayət qədərdir. Korrupsiya üstündə tutduğu vəzifələrdən uzaqlaşdırlsalarda bir müddət keçdikdən sonra DGK-si yenidən sərəncamlar verərək onları başqa bölgələrdəki gömrük postlarına göndərirlər.
Dövlətə, dövlətçiliyə sadiq olan DGK-nin sədri hörmətli Səfər Mehdiyev cənabları hara baxır ki, DGK-nin daxili təhlükəsizlik idarəsində gömrük postlarında hərcmərcliklər baş alıb gedir?! Vətəndaşlar gömrük postlarındakı məmur özbaşınalıqlarının qurbanına çevrilirlər. Yəqin ki, vətəndaşların şikayət və müraciət ərizlərinin hörmətli sədrə çatdırılmasına da imkan verilmir, yoxsa bu qanunsuzluqlara göz yumub biganə qalmazdı!
Mənim kimlərəsə şər-böhtan atmaq fikrim yoxdur. Real faktlardan danışıram. Baş verən hadisələr göz qabağındadır. Hörmətli aidiyyatı orqanların iştirakı ilə hər şeyi yerində araşadırılaraq rəsmi faktlarla sübuta yetiriyməyə hazıram! Əks halda Azərbaycan Respublikasının Qanunları qarşısında cavab verməkdən də boyun qaçırmıram.
Ulu Öndərimizin qurduğu müstəqil Azərbaycan dövlətinin sadiq bir əsgəri kimi dövlət və dövlətçilik mənim üçün müqqəddəs olduğuna görə baş verən qanunsuzluqlara, məmur özbaşınalıqlarına göz yuma bilmirəm.
Digər bir halda isə ölkəyə gətirilən maşınların ehtiyat hissələrindən köhnə və ya təzə olmasından asılı olmayaraq hətta maşın matorlarını belə tərəziyə qoyaraq 1kq üçün 2 manat saxta dövlət rüsumu yazılaraq ölkəyə buraxılmasına şərait yaradılır. Rəşad Babayev gömrük postlarından qanunsuz əldə etdikləri pulları sağa-sola səpərək restoranlarda kef məclisi qurduraraq şellənir. Yığıb yığşırdığı pullarla gələcəkdə daha yüksək vəzifələrdə yer tutmaq üçün nağıllar aləminə gedərək uyur! 99 AG 202 nömrəli xidməti maşını ilə Ermənistanla sərhəddə yerləşən Sovetlər dövründə daha hündür dağlıq ərazidə tikilmiş “Göyəzən” restoranına gedərək kef məclisinin təşkil olunmasına göstəriş verib. Həmin ərazilərin Ermənistan sərhəddinə çox yaxın olduğundan, işğalçı Ermənistan dövlətinin telefon şəbəkələrinin tutumu tam sərbəst olduğu üçün işğalçı dövlətin istənilən vətəndaşı ilə ünsiyyət qurub telefonla danışmaq mümkündür. Həmin yerlər şübhəli zonalar olduğu üçün Qazax rayonunun Xanlıqlar kəndinin çıxış hissəsində polis nəzarət məntəqəsi yaradılıb. Həmin əraziyə keçərkən polis orqanları tərəfindən vətəndaşların şəxsiyyət vəsiqələri yoxlanılaraq, qeydiyyata salınaraq buraxılır.
Qazax-Ağstafa rayonlarında bir-birindən fərqli, komfortlu restoranların olduğu halda Rəşad Babayevin həmin ərazini seçməsi bir vətəndaş kimi məndə çox qaranlıq şübhələr yaradır.
Hörmətli Cənab Prezident!
Bir vacib məsələni Sizin diqqətinə çatdırmağı da özümə vətəndaşlıq borcu hesab edirəm. Bəzi mənbələrdən (vətəndaşlardan) aldığım məlumata görə Türkiyə və Avropa ölkələrinə gedib-gələn vətəndaşlar Sınıq Körpü Gömrük Keçid Məntəqəsindən Azərbaycana daxil olarkən üstlərində heç bir valyutaların olmadığı halda gömrük postlarında saxta deklorasiyalar yazılaraq, yüksək məbləğdə pullar göstərilərək, hansısa qüvvələrin çirkli pullarının ölkədən çıxarılmasına şərait yaradılır.
Mən neçə ildir sahibkar olaraq gömrük postlarında hansı maliyə maxinasiyalarının, hansı oyunların getdiyini, dövlət büdcəsindən pulların necə talan olunduğunu qabaqlarda cənab Prezidentə və aidiyyatı orqanlara məlumat verərək müraciət etmişəm. Mənim müraciətlərimdən sonra hər şey yerində araşdırılaraq öz müsbət həllini tapmış, cinayətkarlar tutduğu vəzifədən azad edilmişlər.
Dövlətə, dövlətçiliyə sadiq olan bir Azərbaycan vətəndaşı kimi hörmətli aidiyyatı orqanlardan çox xahiş edirəm ki, mənim şikayət ərizələrimin araşdırılmasını Dövlət Gömrük Komitəsinə göndərməsinlər. DGK-nin daxili təhlükəsizlik idarəsi tərəfindən yenə də hər kəsi inandırmaq üçün saxta, yalançı cavablar göndərəcəklər.
Dövlət Gömrük Komitəsinə maddi sübut üçün 10 ədəd video çəkiliş diskini məktublarıma əlavə edirəm.
Siz hər birimizin Prezidentisiniz. Ümidimiz yalnız Sizədir. Biz Sizə güvənirik və inanırıq .
Möhtərəm cənab Prezident!
Ali Baş Komandan!
Bu dövlətə, dövlətçiləyə Ulu Öndərimizin arzu və ideyalarına sadiq olan bir Azərbaycan vətəndaşı kimi, Rəşad Babayevin və Təvəkkül Bayramovun güclü havadarlarının qanunsuz əməllərindən ehtiyat edərək, mənim bu ölkədə təhlükəsizliyimin təmin olunmasına göstəriş verməyinizi Sizdən çox xahiş edirəm.
Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: (var) Əliyev Eyvaz İsa oğlu

Tarix: 05 dekabr 2018-ci il


P.S: Şikayətçinin redaksiyamıza və aidiyyəti orqanlara göndərdiyi ərizədə göstərdikləri faktlar özünün şəxsi araşdırmasıdır.
Ərizədə adları çəkilən hər bir vətəndaşın fikirlərini də dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az