t s

» » Xəyanət edən arvadını izlədi, qadının sevgilisini güllələdi

Xəyanət edən arvadını izlədi, qadının sevgilisini güllələdi

5-12-2018, 16:04 Yazar:  Eldar Baxılıb: 31 Çap et
Xəyanət edən arvadını izlədi, qadının sevgilisini güllələdi
İki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Mediaxeberleri.az
Publika.az-a istinadən xəbər verir ki, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib.

Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub.

Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar. Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib.

Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.

Məlum olub ki, qadının əri həyat yoldaşının başqa kişi ilə yazışdığını əvvəlcə bilib və onları tələyə salıb. Ə.Qədimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il
21:55 24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan “Samsung” markalı mobil telefonda Vatsap proqramına baxıb. Sevgi
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
00:21 Kişilər oxusun! Qadınlar niyə xəyanət edir? - SƏBƏBLƏR Əvvəllər xəyanət dedikdə göz önünə ancaq kişilərin qadınlarını başqa qadınla dəyişməsi gəlirdi. İndi qadınlar da xəyanət edir. Bəs qadınə xəyanətə sürükləyən səbəblər hansılardır? Aile.lent.az bu suala cavab tapmağa çalışıb. 33 yaşlı Sevinc Əliyeva 13 ildir ailəlidir. Həyat yoldaşı ailəyə, evə
00:15 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az