t s

» » Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?

Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?

5-12-2018, 15:48 Yazar:  Eldar Baxılıb: 30 Çap et
Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?
Xəbər verdiyimiz kimi, Tümen vilayətinin Surqut şəhərindəki aeroporta geoloq Fərman Salmanovun adı verilməsi planlaşdırılırdı.

Səsvermənin yekunlarına əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Mediaxeberleri.az əfsanəvi geoloq Fərman Salmanovun dosyesini təqdim edir:

Fərman Qurban oğlu Salmanov Rusiya tarixində Tümenin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tanınır.


O, 28 iyul 1931-ci ildə Şəmkirdə anadan olub. Azərbaycan Sənaye İnstitutu, indiki Azərbaycan Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini bitirib. Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur. Sovet rəsmilərindən icazəsiz könüllülərlə Sibirin Surqut bölgəsinə gedir. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.

Salmanov 1961-ci il 21 martda Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. Salmanov Üst-Balıqda II neft-qaz yığımını kəşf edir, N.Xuruşova məktub göndərir:

“Mən neft tapmışam. Bax, belə”.

Bir müddət sonra Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini anlayırlar, Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub.


1978-ci ildən 1987-ci ilə qədər Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin I müavini kimi işləyib. Həyatının sonuna qədər Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.

160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı ordeni”, “Surqut şəhərinin fəxri vətəndaşı” və s. kimi ordenlərlə təltif olunub. Haqqında “Tayqa qəhrəmanı” sənədli filmi çəkilib.

2007-ci il 31 martda 75 yaşında Moskvada vəfat edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az