t s

» » "Biz istəyirik ki, onlar yüksək pensiya alsınlar" - Nazir

"Biz istəyirik ki, onlar yüksək pensiya alsınlar" - Nazir

5-12-2018, 07:47 Yazar:  Azad Baxılıb: 33 Çap et
"Biz istəyirik ki, onlar yüksək pensiya alsınlar" - Nazir
"Hökumət öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub. Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır. Bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, məcəlləyə edilən xüsusi güzəşt müvəqqəti xarakter daşıyır:

"Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcək. Eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da ayırmalar var. Amma məncə bunu vergi hesab etmək düzgün olmaz. Çünki pensiyaya çıxdıqda, o adam DSMF-dən pul almaq hüququ qazanır. Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxır. Onların ümumi ödəniş yükü 35% azaldılır. Hökumətin qənaətincə bu əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq. Ya bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar. Biz istəyirik ki, onlar DSMF-yə layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az