t s

» » Yeni publik hüquqi şəxs - dövlət xəstəxanalarında hansı xidmətlər pulsuz qalacaq? - VİDEO

Yeni publik hüquqi şəxs - dövlət xəstəxanalarında hansı xidmətlər pulsuz qalacaq? - VİDEO

4-12-2018, 21:04 Yazar:  Gülnar Baxılıb: 54 Çap et
Yeni publik hüquqi şəxs - dövlət xəstəxanalarında hansı xidmətlər pulsuz qalacaq? - VİDEO
Növbəti ildən etibarən bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyir ki, dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsi icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə bağlıdır.

İcbari tibbi sığorta sisteminin mövcudluğu şəraitində dövlət xəstəxanası statusunun qalması sığorta münasibətlərinin tam həyata keçirilməsinə mane olur.

Nazirlik rəsmisi dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. Pərviz Abubəkirov deyir ki, vətəndaşların narahatlığına heç bir əsas yoxdur.

Pərviz Abubəkirov vurğulayıb ki, icbari tibbi sığorta sistemində baza zərfinə aid olmayan tibbi xidmətlər, transplantasiya, estetik, kosmetik müalicə və əməliyyatlar dövlət xəstəxanalarında pullu olacaq.

İcbari Tibbi Sığorta Agentliyindən də Xəzər Xəbər-ə bildirildi ki, icbari tibbi sığorta tam tətbiq edildiyi zaman baza zərfinə daxil olmayan xidmətlərin sayında və çeşidində dəyişikiklər ola bilər. Sistem tam işə düşdükdən sonra icbari sığorta sisteminin əhatə etməyəcəyi tibbi xidmətlər publik hüquqi şəxsə çevriləcək dövlət xəstəxanalarında pullu olacaq.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:29 “Əhalinin həkimlərlə bağlı şikayətinin əksəriyyəti əsassızdır” - Bakı Baş Səhiyyə İdarəsinin rəisi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysova "Report”a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Bakıda neçə dövlət xəstəxanası var? - Hazırda paytaxtda 150 dövlət tibb müəssisəsi fəalliyət göstərir. Onlardan 41-i xəstəxana, 7-si
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
15:12 AZƏRBAYCANDA universitetlər pulsuz təhsil verməyəcək - YENİLİK “Heç bir ölkədə pulsuz təhsil yoxdur” Kamran Əsədov: “Avropa ölkələrində dövlətə məxsus olan uşaq bağçaları, universitetlər, klinikalar, hətta kooperasiyalar da publik hüquqi şəxsdir” Azərbaycan prezidenti İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az