t s

» » Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi - VİDEO

Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi - VİDEO

4-12-2018, 20:54 Yazar:  Gülnar Baxılıb: 44 Çap et
Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi - VİDEO
Çindən Azərbaycana daha 1 milyon ədəd tut tingi gətirilib. Kənd Təsərrüfatı Nazirliyi xətti ilə gətirilən tinglər Azərbaycanda baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin tədarükü və barama toxumçuluğunun inikişafı üçün nəzərdə tutulub.

Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə Çindən Azərbaycana daha 1 milyon ədəd tut tingi gətirilib. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çinli mütəxəssislərin müşayiəti ilə ölkəmizə gətirilən tut tingləri 36 rayona göndərilib. Yüklər Heydər Əliyev adına hava limanından nazirliyin hazırladığı bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə rayonlara yola salınıb.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, gətirilən tut tingləri rayonlardan verilən sifarişlər əsasında bölüşdürülür. Rayonlarda əvvəlcədən müəyyənləşmiş ərazilərdə tut tingləri Çin texnologiyası əsasında əkiləcək.

Bu il ölkədə 514 ton yaş barama istehsal olunduğunu xatırladan nazir müavini bildirib ki, yeni tinglərin gətirilməsi gələn il daha çox məhsul əldə etməyə imkan verəcək. O, qeyd edib ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə edə bilirlər.

Qeyd edək ki, indiyə kimi nazirliyin sifarişi əsasında ölkəyə 3,5 milyon çəkil tingi gətirilib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
23:28 Qazaxda yeni tut bağları salınır - "bəsləsən atlaz olar tut yarpağından" Yaşıl tut yarpağı, bəyaz atlas Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az