t s

» » Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı

Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı

2-12-2018, 20:24 Yazar:  Azad Baxılıb: 31 Çap et
Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı
Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif "Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb.

Mediaxeberleri.az Unikal.org-a istinadən xəbər verir ki, aksiyanın əsas tələbi növbədənkənar parlament seçkiləridir.
Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

Etirazçılar qarşısında çıxış edən"Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

"Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:18 David Bakradze: “Gürcüstan demokratiyası təhlükə altındadır” “Biz partiya olaraq küçəyə çıxmayacağıq, ancaq üzvlərimiz sərbəstdir” “Avropalı Gürcüstan” partiyasının sədri, eks-spiker, son prezident seçkisinin ilk turunda 10, 47 faiz səs toplamış David Bakradze Musavat.com-a eksklüziv müsahibə verərək 4 gün öncə keçirilmiş president seçkilərinin nəticələrinəc
21:55 Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək! Noyabrın 28-də prezident seçkilərinin 2-ci turunda Gürcüstan özünün yeni prezidentini seçəcək. Gürcüstanda prezident seçkilərinin 2-ci turuna isə az bir vaxt qalıb. Prezident seçkilərinin nəticələri Gürcüstanda yaşayan bütün xalqların, o cümlədən də Azərbaycanlıların taleyində mühüm rol oynayacaq.
12:13 Tiflis dəyişiklik ərəfəsində: Saakaşvili qalib kimi qayıdır - TƏHLİL Gürcüstanda seçkilərin birinci tutu göstərdi ki, müxalifətin qələbə çalmaq şansı böyükdür. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ikinci turda hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili və Saakaşvilinin partiyası nın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az