t s

» » Beş idmançımızda dopinq aşkarlandı

Beş idmançımızda dopinq aşkarlandı

1-12-2018, 12:18 Yazar:  Azad Baxılıb: 46 Çap et
Beş idmançımızda dopinq aşkarlandı
Mediaxeberleri.az fanat.az-a istinadən xəbər verir ki, atletika ilə məşğul olan Zaman Pirverdiyev, boksçu Nəbi Əbdüləzimov, güləşçilər – Cavid Feyziyev, Azər Hüseynov və velosipedçi Osman Qəhrəmanovun dopinq testi müsbət nəticələnib.

Qanında meldonium tapılan Zaman Pirverdiyev 42 aylıq diskvalifikasiya olunub. Onun cəzası martın 6-da başlayıb və 2021-ci ilin sentyabrın 6-da başa çatacaq.

Furosemid maddəsinə yaxalanan Nəbi Əbdüləzimov ilyarımlıq cəzalandırılıb. Yanvarın 30-da cəzası qüvvəyə minən idmançı bir də yarışlarda gələn ilin iyulun 30-dan etibarən gücünü sınaya biləcək.

Stanozol maddəsi tapılmış Cavid Feyziyev, eləcə də metasteron və drostanolon maddəsi qəbul etdiyi müəyyənləşmiş Azər Hüseynov dörd illik cəza alıb. Hər iki idmançının cəzası yanvarın 18-dən hesablanır və diskvalifikasiya müddəti 2022-ci ilin yanvarın 18-də başa çatacaq.

Qanında meldonium və tuaminoheptan tapılmış Osman Qəhrəmanov iki illik sanksiya ilə üzləşib. Maraqlıdır ki, velosipedçimizin sanksiyasının başlanma tarixi ötən ilin iyulun 12-dən hesablanmağa başlayıb. Bu cəza gələn ilin iyulun 12-də bitəcək.

Qeyd edək ki, bununla da Milli AntiDopinq Agentliyi tərəfindən cəzalandırılmış idmançıların sayı 36-ya çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:04 Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb.
23:06 Etibar Pirverdiyev "Azərenerji"yə yığılan pulları "Azenco" ASC vasitəsi ilə "realiz"ə etdirir Məlumatlara əsasən Azenerji-də bu günə qədər milyonlarla büdcə vəsaiti talan edilib. Həm də Etibar Pirverdiyevin ən yaxın ailə üzvləri tərəfindən. Əvvəlcə Dövlət Bayraq Meydanının tikintisində "Azərenerjitikinti" MMC vasitəsilə, daha sonra isə "Azenco" vasitəsilə büdcə vəsaitləri talan edilib.
23:46 Azərbaycanın 9 idmançısı antidopinq qaydalarını pozub 2015-ci ildə Azərbaycan idmançıları tərəfindən antidopinq qaydalarının pozulmasına dair doqquz hal aşkarlanıb. Mediaxeberleri.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) açıqladığı illik hesabatda bildirilir. Belə idmançılardan altısı
15:32 “Saxta əmək kitabçası vermişəm, amma havayı...” - Məhkəmə Məhkəmə dələduzluqda ittiham olunan sabiq məmura 4 il cəza kəsdi Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Lerik rayon sakini Nəbi Qasımovun cinayət işi üzrə proses başa çatıb. 1959-cu il təvəllüdlü Nəbi Qasımov 2011-ci ilin avqust ayında Biləsuvar şəhəri, H.Əliyev küçəsində
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az