t s

» » Bəy şadlıq evinə getməzdən əvvəl şəhid dostunun məzarını ziyarət etdi - VİDEO

Bəy şadlıq evinə getməzdən əvvəl şəhid dostunun məzarını ziyarət etdi - VİDEO

30-11-2018, 09:33 Yazar:  Gülnar Baxılıb: 26 Çap et
Bəy şadlıq evinə getməzdən əvvəl şəhid dostunun məzarını ziyarət etdi - VİDEO
Şad günlərində bir-birlərinin yanında olacaqlarına söz vermişdilər. Ancaq dostlardan birinin şəhid olması birgə arzularını yarımçıq qoydu. Ona görə də özünə toy edən bəy sözünü tutmaq üçün ilk olaraq şadlıq sarayına deyil, şəhid dostunun məzarını ziyarət edib.

Xezerxeber.az-ın məlumatına görə, bəy şadlıq evinə gəlməzdən öncə uşaqlıq dostu olan aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət edib. Bu addımı atmağının səbəbini isə Anar Poladov sosial şəbəkədə belə izah edib: "Ən böyük arzularımızdan biri də bir-birimizin toyunda iştirak etmək idi. Amma qismət belə imiş, dostum... Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim".

Bu duyğulandıran toy məclisi Mingəçevirdə olub. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Bəyin bu addımını dəstəkləyənlər də olub, ona şəhid adından istifadə etdiyini deyənlər də. Bəy bu deyilənlərdən narahatlıq keçirib müsahibə vermək istməsə də, şəhidin valideynləri məsələyə münasibət bildiriblər.

Adil Adilzadənin valideyinləri oğlunun uşaqlıq dostu Anarın belə addım atamasını yüksək qiymətləndiriblər.

Şəhidin valideyinləri Anar ilə övladları Adilin şad günlərində bir-birlərinin yanında olmağa söz verdiklərini deyirlər. Onların sözlərinə görə, elə bu səbəbdən də bəyin bu addımı dostuna olan vəfa borcunu ödəmək üçün atdığını düşünmək lazımdır.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:17 Azərbaycanda bəy toy günü şəhid dostunun məzarını ziyarət etdi Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb. Mediaxeberleri.az Femida.az-a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O, sosial şəbəkələrdə Aprel şəhidi Adil Adilzadənin
23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az