t s

» » Bugün bürcünüz nələr vəd edir?

Bugün bürcünüz nələr vəd edir?

30-11-2018, 07:47 Yazar:  Gülnar Baxılıb: 29 Çap et
Bugün bürcünüz nələr vəd edir?

Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.

Menecmenti ağılla qurun.

Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.

Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.

Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq.

Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.

Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.

İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin.

Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.

Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var.

Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.

Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.

Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək.

Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.

Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.
Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin.Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.
Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.

Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil.

Ailə münasibətlərində harmoniyaya nail olun. Sevdiyiniz adamla təmaslarınızı heç nə pozmamalıdır. Subaysınızsa, axşam saatlarında xoş görüş olacaq.

Tərəzi - problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.

Günün ikinci yarısında yeni həmfikir və ya tərəfdaş tapa bilərsiniz. Səfər, sənədləşdirmə, müqavilələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Alış-verişdə çox pul xərcləməyin, riskli layihələrə pul yatırmayın.

Yaxınlarınızla aktiv ünsiyyətdə olun. Ailə üzvlərinizdən biri ilə anlaşılmazlıq yarana bilər. Səhhətinizi düşünün, sağlam həyat tərzini seçin. Zərərli vərdişlərdən əl çəkin.

Əqrəb - situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.

Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələni çözməyə çalışın. Tapdanmış hüquqlarınızı bərpa edin. Dava, qalmaqal əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edin.

Axşam saatlarını virtual aləmdə keçirməyin.

Oxatan - işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər.

Günün ikinci yarısında arqumentlərinizi səsləndirin. Söhbətdə sakit olmağınız nüfuzunuzu artıra bilər.

Ailə üzvlərinin biri sizə qarşı əsassız iddia ilə çıxış edəcək. Səbrli olun, münaqişəyə başlamayın. Məntiqli sözləriniz qarşı tərəfə müsbət təsir edəcək.

Oğlaq - yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.

Günün ikinci yarısında ideyalarınız barədə çox danışmayın. Ailə üzvləri ilə təmaslarda səmimi, qayğıkeş olun. Dəyər verdiyiniz insanların dadına çatın.

Münasibətləri yaxşılaşdırın.

Dolça - yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri diqqətinizi cəlb edəcək. Mobil telefon və ya noutbukunuzu qoruyun.

Sevdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ekstravaqant hədiyyə etmək, ya da dəyər verdiyiniz şəxsi qeyri-adi məkana dəvət etmək olar. Subaysınızsa, axşam saatlarında sizi romantik görüş gözləyir.


Balıqlar - emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın.

İndiyədək aktiv çalışıbsınızsa, işləri nəzarətsiz qoymayın.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Sizi narahat edən məsələlərin həll yollarını müzakirə edərək aramaq olar.

Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmanın yaxılaşdırılması üçün perspektivlər yaranır. Ağır maliyyə durumunda ailə üzvləri sizi dəstəkləyəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:24 Bugün bürcünüz nələr vəd edir? Qoç - aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Təcrübə əldə etməyə çalışın. Addımlarınızı təhlil edin, nöqsanlarınızı anlamağa çalışın. Əks təqdirdə sizə sərt irad tutanlar olacaq. Günün
07:45 Bugün bürcünüz nələr vəd edir? Qoç - emosionallıq və hisslərə qapılmaq işlərinizə zərər vura bilər. Belə davranışın fəsadları yetərincə arzuolunmazdır. Emosiyalarınıza nəzarət etməsəniz, işlərinizdə çətinliklər yaranacaq, planlaşdırılan görüş baş tutmayacaq, yaxınlarınız narazı qalacaqlar. Günün ikinci yarısında mənasız və
07:47 Günün qoroskopu Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın. Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə
07:31 Bu gün bürcünüz nələr vəd edir? Qoç - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Proqramlaşdırma, informasiya sistemləri, marketinq, dəqiq avadanlıqla bağlı işlərdə daha ciddi nailiyyətlər olacaq. Fərqli istiqamətdə yeni layihəyə başlamaq olar. Günün ikinci yarısında yaxınlarınız məişət problemini aktiv
09:20 Bu gün bürcünüz nələr vəd edir? Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç - münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az