t s

» » Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəni

Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəni

13-04-2015, 01:19 Yazar:  Aygün Baxılıb: 1140 Çap et
Elçin bəy və Gülnarə xanımın Beşikbaşı TörəniBu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik başında keçirilməsi onların öz diləyi ilə baş tutmuşdur.

Asif Ata İdeyalarından doğan Ulusal gələnək və görənəklər getdikcə xalqın həyatına yeriyir və yadlığa qarşı dirəniş olayı kimi möhkəmlənir. Evlilik adlanan qutsal olayı bayağılaşmış restoran həşirçiliyindən qurtarmaq üçün Beşikbaşı gələnəyi qarşılıqsız və ortaqsız bir ulusal olaydır.

Beləliklə, Qutsal Beşikbaşı Törənini Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı açıq edərək, sözə başladı: “Ürəyinizdə Günəş olsun, Sayğılı yurddaşlarımız! Qutsal Beşikbaşı Törəninə başlayırıq. Elçın bəyin və Gülnarə xanımın qarşısında ulusal sorumluluq durur, çünki onlar xalqın oluşması sorumluluğunun içində bulunurlar. Xalq evlilərdən (ailələrdən) əmələ gəldiyinə görə evlilik, bir daha vurğu edirik ki, qutsal olaydır. Biz də bu qutsal olayın həyata keçirilməsini, vurğuladığımız qutsal xəlqi anlama uyğun olaraq, beşik başında keçiririk. Asif Atanın Ocağı evlənənlərimizə bu beşiyi bağışlayaraq onlara uğurlama sözünü çatdırır. Diləyimiz odur ki, evlənənlərimiz bu beşikdə böyüdəcəkləri övladlarına ulusumuzun dəyərlərini yaşatmağı, qorumağı, sabaha çatdırmağı öyrətsinlər.

Evlilik xəlqi olay olduğuna görə el yığılıb iki gəncə toy gələniyini gerçəkləşdirir. Evlilər öz ulusunu başlayır. Bu başlama iki cəhətdən özünü doğruldur: Birinci soy artırmaqla xalqı fiziki başlamaq, ikinci onun, yəni xalqın milli-mənəvi dəyərlərini yaşadıb övladlarına verməklə xalqı başlamaq və davam etmək işini sağlayır. Hər bir qurulan evlilikdə xalq yenilənir və davam edir. Evlilik özündə xəlqi dəyərləri yaşatdığı dərəcədə ulusal varlığa qulluq göstərmiş olur.

Beşik ananın analığını ifadə eləyən qutsal bir faktdır. Ana bu beşikdə öz övladına ulusunun dilini öyrədir, sözünü öyrədir, beləliklə də, ulusal kimliyin gələcəyini əmniyyətə götürür. Ulusal dəyərlərimizi öyrədən layla dili qutsaldır və o övlad üçün anadan başladığına, gəldiyinə görə ananın dili – ana dili sayılır. Evlilik xalq üçün böyük əmniyyətdir. Buna görə evliliyin ciddiyyəti dərk olunmalı və qorunmalıdır.
Xalq insanın gələcəyidir, başqa sözlə ölməzliyidir. Bireyin (fərdin) özündə aşkarladığı yaşatdığı insani nə varsa, onu xalq yaşadır, qoruyub sabaha çatdırır. Xalq bireydən, evlilikdən başlayır, bireyi yaşadır var edir. Ona görə bilmək gərəkdir ki, hər bir evlənən birey belə bir sorumlu yükün altına girir.

Evli olmaq üzünü gələcəyə tutmaqdır – anlamca xalq olmağa çalışmaqdır…”

Bundan sonra Soylu Atalı Uğurlama sözü demək üçün evlənənlərin böyüklərinə üz tutdu. Bəyin və gəlinin anaları, ağsaqqalları evlənənlərə ürək sözlərini çatdırdı.

Daha sonra uğurlama sözü demək üçün Güney Azərbaycanlı aydınımız Ağşın Ağkəmərliyə üz tutuldu.
Ağşın Ağkəmərli: Bir vaxtlar biz bu taya gəlmək həsrəti ilə yaşayırdıq. Bu gün isə artıq Araz çayı yurdumuzun içindən keçən sınır kimi yox, sadəcə körpü kimi rol oynayır. İndi biz özümüz özümüzə qovuşmuşuq. İş elə gətirib ki, dostumuzun, yaxınımızın toyuna qatılmaq üçün özgür şəkildə gəlib gedirik.

Evlənənlərimizə bir dünya sevgi ilə can sağlığı diləyir və qutlayıram.
Soylu Atalı: Uğurlama aşamasını davam edirik, indi aydınlarımızdan biri Abil Ulusoyu uğurlama sözünə çağırırım.
Abil Ulusoy: Ailə uzun yoldur. Elçin bəy və Gülnarə xanım bu uzun yolun başlanğıcında dayanıblar. İnanıram ki, Elçın bəy bir türk kişisi olaraq özünün sevib seçdiyi xanımı ilə birgə bu yolu axıra qədər gedəcək.
Türk xaraktercə yolçudur. Bu yolçuluqda hər ikisinə birgə addım atmaq xoşbəxtliyi diləyirəm.
Soylu Atalı: Uğurlama üçün Asif Ata Ocağının Evladı Üstün Atalıya söz verilir.
Üstün Atalı: Ailə öz ulusu üçün İnam Qalasıdır. Dədə Qorquddan üzü bu yana bütün ulusal gələnəklərimiz evlilik araçılığı ilə qorunub sabaha çatdırılır. Sevinirəm ki, bu gün burada yad gələnəklərin qatqısı yox kimidir, daha çox ulusal varlığımız ifadə olunur. Qutlayıram və xoşbəxtlik diləyirəm.

Soylu Atalı: Bu gün biz atdığımız addımla, düşüncələrimizlə böyük bir ulusu təmsil edirik. Törənin bütün quralları bu ulusa sunmaq (təqdim olunmaq) üçündür. İndi mən evlənənlərimizə Asif Ata Ocağı adından Ruhani Bəlgə sunuram:
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!

Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəninə uğurlama

Ruhani Bəlgə
Ürəyinizdə Ata Günəşi olsun!
Ulusumuz ulu və ucadır. Onu, içinə daşınan Yadlıqlar bu ucalıqdan endirməklə uğraşır. Ancaq ucalıq Ulusumuzun mənəvi-ruhani özümlüyüdür. Bütün çağlarda insansevərlik, bəşərsevərlik onun yaşamında başqa toplumlara yanaşma etkisi ilə özünü göstəribdir. Dəyişiklik ulusumuzun mayasında deyil, xarakterində baş veribdir.
Bu gün biz Asif Atanın qutsal tələbində ulusumuzun özümləşməsi uğrunda çalışırıq. Siz də, sayğılı bəyimiz Elçin, sayğılı gəlinimiz Gülnarə, bu gün qurduğunuz evliliklə ulusumuzun özümləşməsi işinin içində bulunursunuz. Sizə Ulusumuzun dəyərlərini yaşatmaq, qorumaq, övladlarınızın yaşamına çevirmək ərdəmliyi diləyirik. Ömrünüz uzun, evlilik şərəfiniz uca olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
12 Çiçək Ayı, 37-ci il. Saray-Soylu.
(aprel, 2015.)
Bundan sonra bəylə gəlin evliliklərini qoruyacaqlarına və bu evliliyə sadiq qalacaqlarına Ocaq və Ulusumuz qarşısında (ayaqüstə) and içdilər. Sonra Soylu Atalı evlənənlərə Asif Atanın Birinci Qutsal Bitiyini (Mütləqə İnamı) iki abedə – latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində bağışladı. O, evlənənlərə bu qutsal bitiyi evlərinin ən uca bir guşəsində tutmalarını və balalarına öyrətmələrini tövsiyyə elədi.
Sonra törən evlənənlərin dostlarının, yaxınlarının ürək sözləri ilə və milli oyunlarla (rəqslərlə) davam elədi.
12 Çiçək Ayı, 37-ci il. Saray-Soylu.
(aprel, 2015.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:52 Azərbaycan Novruzu və ulusal ruhumuz İşıqlı ATALI Mütləqə İnam Ocağının Yükümlüsü Novruz bayramı minillərdir ki, ulusumuzun yaşamında özünəməxsus yer tutur. Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb
15:07 İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdür İşıqlı ATALI Mütləqə İnam Ocağının Yükümlüsü Ocaq Yükümlüsü İşıqlı Atalı İnsanilik Bayramı münasibətilə Ulusu kutlayıb. Kutlamada deyilir: “Ürəyinizdə Günəş olsun! İnsanlıq İnsanın, ulusların əzəli, əbədi, sonsuz, kamil varolma tələbi, diləyidir. Bu tələbə yetmək tarixin bütün çağlarında çətin
16:16 İnsanlığın Yeni İli qutlu olsun! Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az