t s

» » Namaz – imanla küfr arasında sərhəddir

Namaz – imanla küfr arasında sərhəddir

28-11-2018, 07:37 Yazar:  Azad Baxılıb: 41 Çap et
Namaz – imanla küfr arasında sərhəddir

Bəzi insanlar qəlb hüzuruna malik ola bilmədikləri üçün namazlarını tərk edərlər. Ancaq əslində bu, sadə bəhanə deyil, dəhşətli şeytani vəsvəsədir ki, həmin şəxsi daha böyük günaha düçar edər. İnsanla Allah arasında olan rabitəni qət edər. Onunla mələkut aləmi arasında fasilə yaradar. Küfr və itaətsizliyi üçün zəminələr hazırlayar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədislərin birində oxuyuruq: "İmanla küfr arasındakı sərhəd, namazı tərk etməkdir".

O kəs ki, qəlb hüzuru əldə etmək yerinə namazını tərk edərsə, məsələni həll etmək yerinə düşməni sevindirmiş olar və onun üçün yolları açmış olar.

Hər bir insanın qəlbində süst, hövsələsiz, yorğunluq halları olur. Ancaq bu, o demək deyildir ki, insan zəiflik göstərib bu amillərə görə təslim olmalıdır. İmanı zəif olanlar və hər çətinlik görən zaman qaçanlar, insan adını almağa layiq deyildirlər.

Axı, insan güclü varlıqdır və Allah onu ruhən pak xəlq etmiş və paklıqlara qarşı meyilli etmişdir. İnsan çalışmalıdır ki, onda mübarizə ruhiyyəsi olsun. Müstəhəb əməlləri yerinə yetirərək, qəlbini gücləndirsin və imanını artsın. Çünki bu zaman ona insan demək olar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:38 Dinin əsli amilləri Bismilləhir-Rahmənir-Rahim! İnsanın gündəlik həyatında mübarək dinimizin buyuruşları yaşatması - Allah Təalanın ümmət üçün nemət olaraq göndərdiyi 14 Məsumun (ə) amalları ilə, duyğuları ilə həmahəng olmaq deməkdir. Uca Allahdan duamız budur ki, bütün iman əhlinə həyatlarını Peyğəmbər (ə) və
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az