t s

» » Güləş millimiz Çeçenistanda 22 min dollar qazandı

Güləş millimiz Çeçenistanda 22 min dollar qazandı

26-11-2018, 12:01 Yazar:  Günel Baxılıb: 54 Çap et
Güləş millimiz Çeçenistanda 22 min dollar qazandıHəftəsonu Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, komanda yarışında ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Ənvərbəy Dalqatov (-65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi -70 kq), Əbubəkr Abakarov, Hacımurad Hacıyev (hər ikisi -74 kq), İbrahim Yusubov (-79 kq), Murad Süleymanov (-86 kq), Şərif Şərifov (-92 kq), Nurməhəmməd Hacıyev (-97 kq) və Aslanbəy Alborovdan (125 kq) ibarət kollektiv təmsil edib.

III dərəcəli beynəlxalq hakim Bəşir İsazadənin ədaləti qoruduğu turnirdə altı komandanın iştirakı nəzərdə tutulsa da, son anda Özbəkistan güləşçilərinin Qroznıya səfəri baş tutmayıb. Belədə beş komanda (“Axmat”, Avropa, Azərbaycan, Qırğızıstan, Monqolustan) dairəvi sistem üzrə mübarizə aparıb.
Qırğızıstana (10:0) və Monqolustana (8:2) qalib gələn millimiz “Axmat” klubuna (3:7) və Avropa seçməsinə (4:6) məğlub olub. Yekunda III yeri tutan yığmamız 22 min dollar pul mükafatına sahib çıxıb. Meydan sahibi “Axmat” çempion kimi 75 min, gümüş medalçı Avropa isə 45 min dollarla mükafatlandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:09 Sərbəst güləşçilər Əhməd Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar Sabah Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə “Əhməd Kadırov” turniri start götürəcək. İkigünlük ənənəvi yarışda ölkəmizi İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslümov (hər ikisi 70 kq), Abubakr Abakarov,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az