t s

» » Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – EKSKLÜZİV (VİDEO)

Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – EKSKLÜZİV (VİDEO)

23-11-2018, 08:15 Yazar:  Gülnar Baxılıb: 138 Çap et
Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – EKSKLÜZİV (VİDEO)
Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevlə bağlı məlumatlar getdikcə artır. Deyilənə görə, T.Tağıyevi öz yerliləri – Şəmkir rayonundan olan şəxslər öldürüb. Moskvadakı mənbələrə istinadən yazmışdıq ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Musavat.com Moskvadakı mənbələrə istinadən yazmışdı ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstə qarşıdurma yaranıbmış. Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya KİV-nə deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər. Qadının sözlərinə görə, əri “avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Musavat.com qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib. Həmin fotonu təqdim edirik.

Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – EKSKLÜZİV (VİDEO)


Toğrul Tağıyevin qətl şübhəlisi Həsən Heydərov

Xüsusi olaraq qeyd edirik ki, Həsənin bu qətldə iştirakçı olduğu iddia etmirik. Sadəcə bizə verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğu deyilir.

Bundan öncə də bildirmişdik ki, Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər-red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir.

Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – EKSKLÜZİV (VİDEO)


Qətlə yetirilən Toğrul Tağıyev

Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib. Musavat.com bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumata malik deyil. Son anda aldığımız informasiyada deyilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.

Mövzunu diqqətdə saxlayacağıq.

Mediaxeberleri.az Toğrul Tağıyevin gülləboran edilmiş maşınının videosunu təqdim edir:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az