t s

» » Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

22-11-2018, 18:35 Yazar:  Əsmər Baxılıb: 119 Çap et
Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq
“Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”.

Bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze Marneulidə yerli sakinlərlə görüşdə deyib.

O bildirib ki, hazırda bu yolu qət etmək üçün 8 saat vaxt tələb olunur: “Həyata keçiriləcək infrastruktur layihə çərçivəsində 4 zolaqlı müasir standartlara cavab verən yol inşa olunacaq”.

İ.Karseladze bu yaxınlarda Bakıda olduğunu və Azərbaycanda avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini bildirib: “Azərbaycanlı həmkarlarımız “Sınıq körpü” sərhəd məntəqəsindən Türkiyə sərhədinə qədər olan yeni yolun inşası layihəsini yüksək qiymətləndiriblər. Bu layihə yalnız Gürcüstan üçün deyil, region üçün də çox önəmlidir”.

Nazir müavini qeyd edib ki, layihə çərçivəsində Şərq-Qərb avtomagistralının Xevi-Ubisa yol hissəsinin inşası ilə bağlı bu günlərdə müqavilə imzalanıb. 12,2 kilometrlik yol hissəsinin inşası üçün Asiya İnkişaf Bankı Gürcüstana 255,2 mln. avrodan çox kredit ayırıb.

Qeyd edək ki, Şərq-Qərb avtoban layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması planlaşdırılır. “Report”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
19:03 İşğalçının Gürcüstanı Azərbaycandan ayırmaq planı Ermənistan prezidentinin dekabrın 25-dən Gürcüstana başlayan iki günlük səfəri Azərbaycanda da həssaslıqla izlənilir. Söhbət ondan gedir ki, işğalçı ölkənin rəhbəri Azərbaycanın yaxın müttəfiqlərindən biri olan Gürcüstana ölkəsini xilas etmək məqsədilə gedir. İki dövlət arasında əlaqələrin normalda
20:10 Ağstafada 4 yeni avtomobil körpüsü inşa edilib – VİDEO + FOTO “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycanla Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən, 2016-ci il yanvarın 15-dən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə
23:30 Ziya Məmmədov: Bakı Limanının yenidən qurulması əlamətdar hadisədir “Məqsədimiz Azərbaycanı regionda əsas ticarət qovşağına çevirməkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektoru da sürətlə inkişaf edir, ölkə başçısının təşəbbüsü ilə reallaşan nəhəng infrastruktur layihələri
00:08 “Sınıq Körpü" keçid məntəqəsində kifayət qədər nöqsanlar, ciddi neqativ hallar yaşanır Nazim Sultanov Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqova arxalanır Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun fəaliyyəti həm yerli sakinlərin, həm ölkənin digər vətəndaşlarının, o cumlədən məhz bu istiqamətdən Azərbaycana daxil olan əcnəbilərin ciddi narazılığına səbəb olur. Çünki

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az