t s

» » İllər sonra Həsən Turabov və Amaliya Pənahova arasında olan incikliyin üstü açıldı

İllər sonra Həsən Turabov və Amaliya Pənahova arasında olan incikliyin üstü açıldı

17-11-2018, 17:39 Yazar:  Gülnar Baxılıb: 109 Çap et
.İllər sonra Həsən Turabov və Amaliya Pənahova arasında olan incikliyin üstü açıldı


1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən Amaliya Pənahovaya qarşı haqsızlıq oldu. O vaxt teatrın rəhbəri mərhum Həsənağa Turabov idi. Turabov o vaxt istedadlı aktyorları kütləvi şəkildə teatrdan çıxarırdı. Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Zərnigar Ağakişiyeva, Səfurə İbrahimova, Məlik Dadaşov kimi aktyorlara haqsızlıq oldu. Onlardan da biri Amaliya Pənahova idi.

101.az xəbər verir ki, bu sözləri əməkdar artist Əli Nur deyib. O bildirib ki, Amaliya Pənahova çox qürurlu qadın idi, ona qarşı ittihamlarla barışmadı, 1990-cı ilin əvvəlində səhnəni tərk etdi:

“Həsənağa Turabov ən ağır zərbəni Amaliya xanıma vurdu. O, həyatından çox sevdiyi teatrdan ayrıldı. Həmin vaxt Akademik Milli Dram Teatrının səhnəsi Amaliya xanımın adı ilə bağlı idi. Amaliya xanım silsilə rollar oynamışdı, tamaşaçılar onu çox istəyirdi. Əlacsız qaldı, məcbur olub Bakı Bələdiyyə Teatrını yaratdı, ömrünü orada başa vurmağa qərar verdi. O, sığındığı teatrı vətənpərvər bir mədəniyyət ocağına çevirdi. Həmin teatr Azərbaycan sərhədindən çox-çox uzaqlarda da sevildi. Teatr Türkiyədə, İranda, Rusiyada qastrol səfərlərində oldu, yaxşı tamaşalar nümayiş etdirdi. Amaliya xanım aktrisa kimi öz şöhrətindən istifadə edib həmin teatrı daha da möhkəmləndirdi. Bu yaxınlarda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yubiley mərasimində yeganə teatr olaraq möhtəşəm tamaşa ilə çıxış etdi. Oktyabrın 30-da həmin tamaşa Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olundu”.

Əli Nur qeyd edib ki, Amaliya Pənahova Akademik Milli Dram Teatrından acıq edib gedəndə kollektiv onu qaytarmağa cəhd eləməyib:

“Bizim də bu məsələdə müəyyən qədər günahımız oldu. Onu qaytarmaq lazım idi. Mən özüm onunla dəfələrlə müzakirə apardım. Minnət də elədik. Onu sındırdılar, Amaliya xanıma qarşı çox haqsızlıqlar etdilər. Həmin dövrdə Azərbaycan sahibsiz idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Amaliya xanımın qiyməti verildi. Ona haqsızlıqlar olan ərəfədə teatr başlı-başına buraxılmışdı. Hərə özünü bir padşah elan edirdi. Həmin dövrdə hər bir idarə rəhbəri elə bilirdi əbədidir, özündən savadlı adamlara haqsızlıqlar edirdi. Həmin haqsızlıqların qurbanlarından biri də Amaliya Pənahova idi”.

Əməkdar artistin sözlərinə görə, Amaliya Pənahova o vaxtdan Akademik Teatra ayaq basmayıb:

“O vaxtdan bəri Akademik Teatrda nə qədər tədbirlər keçirildisə, Amaliya Pənahova hamısına dəvət olundu, amma o, bir dəfə də olsun, bu qapıdan girmədi. Sonuncu dəfə isə Amaliya bu səhnəyə çiyinlərdə gəldi. Öz arzuladığı rolu oynadı və çiyinlərdə də getdi”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az