MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldıra bilər Qarabağ separatçılarının başçısını Parisə dəvət edənlər ardınca terrorçular üçün maliyyə toplamağa başladılar; - nonsens; politoloq: “Bu, ondan xəbər verir ki, Fransadakı siyasi mərkəzlər düşünülmüş şəkildə separatçılara dəstək verir...”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazırlaşan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin növbəti dəfə sülhü pozmağa xidmət edən davranışı təbii olaraq hiddət doğurub. Söhbət Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya səfərinə imkan tanınmasından gedir.Doğrudur, bu, separatçılara qucaq açılmasına dair ilk nümunə deyil. Bundan əvvəl digər həmsədr ABŞ da eyni şəkildə davranmışdı. Hətta cani Saakyan ABŞ Konqresinə qədər gedib çıxa bilmişdi. Bunun ardınca isə ABŞ-dakı küçələrin birinə “Artsax” adının verilməsi nonses idi. Lakin ənənəvi şəkildə ABŞ hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımadığını deməklə özünə bəraət qazandırmağa çalışdı. Eyni şəkildə Fransa da davranmaqdadır. Paris ötən ilki bəyanatının nöqtə-vergülünə toxunmadan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkə onun sərhədləri daxilinə ayaq basan cinayətkarı dərhal həbsinə qərar verməli və onun cəzalandırılması üçün öz dəstəyini əsirgəməməlidir. Ancaq Qarabağdakı terrorçulara maliyyə əldə etmək imkanı yaradılıb. Belə ki, Fransada ümumerməni telemarafonu start götürüb (Eurasia Diary). Telemarafonun noyabrın 18-nə qədər davam edəcəyi vurğulanıb. Burada toplanan vəsaitin Ermənistan və Qarabağda 2019-cu ildə reallaşdırılması planlaşdırılan proqramların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub.Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib. XİN bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir. “Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”, - açıqlamada qeyd olunub.Məlumatda vurğulanıb ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır: “Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. İctimai Birlikdən Azərtac-a daxil olan bəyanatın mətnində deyilir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməz haldır”. İcma bəyan edib ki, Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir: “Həmçinin Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada, Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayri-seçkiliyə əsaslanan siyasət yürüdür”.Daha sonra vurğulanıb ki, Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik süründürməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan Bako Saakyan saxta sənədlərlə Şengen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur: “Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Nəhayət, Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycan icması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir”.“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Saakyanın Fransaya səfəri Azərbaycanda haqlı etirazla qarşılanıb: “Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı olaraq tənqidi açıqlama yaydı. Bəyanatda əsas cümlə budur: ”Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir\". Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. Ancaq son aylarda Fransa ilə bağlı Azərbaycanda yalnız neqativ xəbərlər yayılır. Fransanın müxtəlif şəhərlərinin merləri beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağa gələrək separatçılarla müxtəlif sazişlər imzalayırlar. Fransa rəsmiləri bu səfərlərin onlara aidiyyəti olmadığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Ancaq reallıq fərqlidir\".E.Şahinoğlu Parisin ikili yanaşmasına əlavə misallar gətirdi: “Fransa şəhərlərinin merləri Cənubi Osetiyaya, Abxaziyaya və separatçıların nəzarət etdiyi Donbasa getmədikləri halda nədən Qarabağa gəlirlər? Fransanın Alforvil bələdiyyə başçısı 25 sentyabrda, Valans bələdiyyə başçısı 10 oktyabrda, Sent-Etyen bələdiyyə başçısı 21 oktyabrda, Arnivul bələdiyyə başçısı 22 oktyabrda Dağlıq Qarabağda olublar. Bu dinamikanın özü ondan xəbər verir ki, Fransadakı siyasi mərkəzlər düşünülmüş şəkildə Dağlıq Qarabağ separatçılarına dəstək verirlər. Fransanın siyasətində ikili standartlar özünü göstərir. Məsələn, fransalı rəsmi və hansısa mer Donbasa gedib separatçıların lideri ilə görüşsəydi, Fransa Xarici İşlər Nazirliyi bunun qarşısını alardı. Və ya Donbas, Abxaziya və ya Cənubi Osetiya separatçılarının liderini heç kim Fransaya dəvət etmir. Ancaq Qarabağ separatçılarının liderini Fransaya dəvət edirlər, bu məqsədlə ona viza verirlər. Bu siyasət də haqlı olaraq Azərbaycanda narazılıq doğurur”.Politoloq dedi ki, rəsmi Bakı uzun illərdir Fransa ilə sıx əlaqələr qurub: “Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev dəfələrlə Parisə rəsmi səfərlər ediblər. Fransa şirkətlərinə Azərbaycanda fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Fransa şirkətlərinin Azərbaycandakı layihələrinin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada \"Suez\", “Total”, “Thales” və digər şirkətləri qeyd etmək olar. Fransanın Azərbaycanla ticarət həcmi Fransanın Ermənistanla ticarət həcmindən ən azı 10 dəfə çoxdur. Buna baxmayaraq, Fransadakı siyasi dairələr erməni separatçıları ilə əlaqələrini genişləndirməyi üstünlük verirlər. Bununla da Fransa-Azərbaycan münasibətləri təhlükə altına atılır\".E.Şahinoğlu bütün bunları nəzərə alaraq qeyd etdi ki, rəsmi Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldıra bilər: “Bunu Azərbaycan cəmiyyəti də hakimiyyətdən tələb edə bilər. Fransa 1 yanvar 1997-ci ildən Minsk Qrupunun həmsədridir. Rəsmi Bakının bu tələbi iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradacaq. Ancaq gərginliyin səbəbkarı Paris olacaq. Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi iki qüvvənin - Ermənistan hakimiyyətinin və erməni lobbisinin maraqlarına xidmət edir. Fransa bələdiyyə başçılarının Dağlıq Qarabağa səfərlərini də məhz Fransadakı erməni lobbisinin üzvləri təşkil edirlər. Buna baxmayaraq, Fransa XİN bu səfərlərin qarşısını ala bilər. Ancaq Fransa XİN heç bir addım atmır”.Politoloq ikili standartları təsdiqləyən digər mühüm məqama da diqqət çəkdi: “Fransa prezidenti Emmanuel Makron oktyabr ayında Azərbaycana rəsmi səfər etməli idi. Ancaq Fransa prezidenti Azərbaycan əvəzinə Ermənistana getdi. Bu da Azərbaycanda xoş qarşılanmadı. Belə xəbərlər var ki, Makron ilin sonuna qədər Azərbaycana da gələcək. Ancaq Fransadakı siyasi mərkəzlərin erməni lobbisi ilə birgə həyata keçirdikləri təxribatlar Makronun dekabr ayında Azərbaycana səfərini sual altında qoyur. Halbuki, bu səfər zamanı Fransa ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri də müzakirə olunmalıdır. Azərbaycan Fransanın əvəzinə başqa Avropa ölkəsi ilə hərbi əməkdaşlığı genişləndirməyə qərar verə bilər. Digər tərəfdən, Fransanın böyük şirkətlərinin Azərbaycanda fəaliyyətləri məhdudlaşdıra bilər. Bütün bunların baş verməməsi üçün rəsmi Paris Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısını almalı və separatçıların Fransaya səfərlərinə icazə verməməlidir. Bu olarsa, Azərbaycan-Fransa münasibətlərinə təhlükə yaranmaz”.Fransanın Ermənistanı özünə “kiçik bacı” adlandırdığını bilirik. Bu ölkədə hakimiyyətlər dəyişsə də, işğalçı Ermənistana münasibət dəyişməyib. Ancaq belə görünür ki, artıq Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini ciddi şəkildə qaldırmaq və buna israr etmək lazımdır. Bu günlərdə Fransada toplanan pullar sabah silaha xərclənəcək və Azərbaycan əsgərini, dinc sakinlərini hədəfə alacaq. Belə vasitəçilik, belə həmsədrlik məqbul sayıla bilməz! Əslində bu, terrorun və işğalın maliyyələşdirilməsidir!Elşad PAŞASOY,\"Yeni Müsavat\"') AND id != 24692 AND approve=1 AND date < '2020-10-26 14:12:47' LIMIT 5