t s

» » Özəl klinika Səhiyyə Nazirliyini məhkəməyə verdi

Özəl klinika Səhiyyə Nazirliyini məhkəməyə verdi

9-04-2015, 17:30 Yazar:  Məmməd Məmmədov Baxılıb: 457 Çap et
Özəl klinika Səhiyyə Nazirliyini məhkəməyə verdi“Ciddi şəkildə nöqsanlar aşkarlanıb”.

Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” nazirliyi məhkəməyə verib.

Mediaxeberleri.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bir müddət öncə “Atlas Medical Center”-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb.

Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb. Lakin sonradan özəl klinika nazirliyin bu qərarı il bağlı məhkəməyə müraciət edib.

Prosedur qaydalarına əsasən, “Atlas Medical Center” məhkəmənin qərarı olana kimi fəaliyyətini davam etdirir. Sonra isə özəl tibb müəssisəsinin fəaliyyətinin davam etdirib-etdirməyəcəyi məhkəmənin qərarından asılı olacaq.

Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinə “Atlas Medical Center”-in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşa yardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub. Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Nəticədə Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:57 Nikaha qədər müayinə olunacaq xəstəliklərin siyahısı hökumətə göndərildi Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışın verilmə müddəti 2 həftə, tibbi arayışın etibarlılıq müddəti isə 1 ay müəyyən olunub" "Səhiyyə Nazirliyi nikahdan əvvəl tibbi arayış verilən zaman müayinə olunacaq xəstəliklərin siyahısını Nazirlər Kabinetinə göndərib. Siyahıya diyar xəstəliyi olan
18:35 Bakıda özəl klinikada ana ölümünün ilkin səbəbi müəyyənləşib “Xəstə epidural anesteziya olunmalı idi”. Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib. Mərhumun yaxın qohumu Cavid Musazadə Trend-ə açıqlamasında bildirib ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun
08:42 “Baku Medical Plaza”da qiymətlər “od tutub yanır” - Problem Azərbaycanda bir çox özəl klinikaların xəstələri, daha dəqiq desək, istehlakçıları aldatdığı, onların etimadından sui-istifadə etdiyi faktı hər kəsə məlumdur. Bəzi klinikalar onsuz da “at belində” olan ümumi bazar qiymətlərindən daha baha qiymətə xidmətlər təklif edərək, ehtiyacı olan xəstələri
21:22 Azərbaycanda 63 həkim saxta diplomla tutuldu 2014-cü il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az