t s

» » Qadın güləşçimiz bu gün dünya çempionatının finalına çıxacaq

Qadın güləşçimiz bu gün dünya çempionatının finalına çıxacaq

16-11-2018, 10:39 Yazar:  Nuhu Baxılıb: 109 Çap et
Qadın güləşçimiz bu gün dünya çempionatının finalına çıxacaqRumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Mediaxeberleri.az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.

IV İslam Həmrəyliyi oyunlarının gümüş medalçısı olmuş ukraynalı legionerimiz Alyona Kolesnik (57 kq) təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Alyona bu gün macarıstanlı Tamara Dolakla təsəlliverici görüşə çıxacaq.

Sonuncu İslamiadanın qalibi olmuş bolqarıstanlı legionerimiz Elis Manolova (65 kq) üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısı ilə mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabı ilə geri düşən Manolova sona bir dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında baş tutub. İsveçli rəqibinə də gücünü göstərən Manolova adını finala yazdırıb.

Təmsilçimiz bu gün axşam seansında final qarşılaşmasını keçirəcək. Rəqib bu il Macarıstanın paytaxtı Budapeştdəki böyüklərin dünya çempionatında bürünc medal qazanmış yaponiyalı Ayana Qempey olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az