t s

» » Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

15-11-2018, 09:00 Yazar:  Əsmər Baxılıb: 94 Çap et
Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir
İran Türkiyədən sonra Yaxın Şərqin ən böyük iqtisadi və hərbi gücünə malik olar dövlətdir. Tarixə baxdıqda İranın onlarla böyük dövlət və imperatorluq yaratdığını görərik. İranlıların qurduğu Əhəmənilər imperiyası yüz illər ərzində Avropa dövlətlərini qorxu altında saxlayırdı.

Bu gün İran tarixən formalaşmış siyasətini davam etdirərək Yaxın Şərqdəki bir sıra dövlətləri yönəltmək imkanını əldə edib. Buna görə də ABŞ İranın bölgədəki siyasətinin qarşısını almağa çalışır. Lakin İrana İraq və Suriya kimi müdaxilə etmək heç də asan məsələ deyil. Bunu başa düşən ABŞ hərbi müdaxilədən hələlik çəkinir və iqtisadi sanksiyalarla rəsmi Tehranı bölgə siyasətini dəyişməyə məcbur etmək istəyir. ABŞ strateqləri ümid edirlər ki, sanksiyaların nəticəsi olaraq İran əhalisinin sosial vəziyyəti kəskinləşəcək və daxili çaxnaşmalar başlayacaq. Bu qeyri-sabitlik İranı zəiflədəcək. ABŞ-ın buna nə dərəcədə nail olacağını zaman göstərəcək.

Müasir dünyada silah ixracının 32 faizi Yaxın Şərq ölkələrinin payına düşür. Silah-sursat istehsal edən dövlətlər Yaxın Şərqə silah ixracatından böyük pullar qazanırlar. Bu baxımdan bölgədə sabitliyin yaxın zamanlarda bərpa olmasını gözləməyə dəyməz. İnqilabdan sonra sanksiyalarla üzləşən İran iqtisadiyyatı çətinliklərlə üz-üzə qalmasına baxmayaraq, hərbi xərclərə ildə 7 milyard dollar vəsait ayırırdı. Sanksiyalardan əvvəl İranın hərbi büdcəsi 14 milyard dollara yaxın idi və dünya bazarına ixracı 600 milyard dollara çatmışdı. Barak Obamanın ABŞ Prezidenti olduğu dövrdə iqtisadi sanksiyaların tamamilə aradan qaldırılması üçün Rəsmi Tehran ilə Vaşinqton arasında danışıqlar başladı və 2015-ci ilə danışıqlar uğurla nəticələndi. Nüvə tədqiqatlarını dayandırması müqabilində İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldı və iqtisadiyyat növbəti inkişaf mərhələsinə qədəm qoydu. Ölkəyə investisiya axını başladı, Qərb ölkələrinin iş dünyası ilə milyardlarla dollar həcmində investisiya müqavilələri imzalandı. Vəziyyətin bu şəkildə inkişaf etməsi İranın Suriya, Livan və Yəməndə daha fəal siyasi xətt yürütməsinə stimul verdi. İranın getdikcə bölgə siyasətindəki fəallığını artırması ABŞ və İsraili daha da ciddi şəkildə narahat etməyə başladı. Belə olan halda İranın nüvə silahı yaratmaq istəyindən imtina etmədiyini bəhanə gətirən Prezident Donald Tramp Barak Obama dövründə əldə edilən razılaşmanı ABŞ-ın milli maraqlarına zidd hesab edərək yenidən və daha kəskin iqtisadi sanksiyalar tətbiq etdi. Cari il noyabrın 5-dən yeni sanksiyalar qüvvəyə mindi.

İran iqtisadiyyatının 80 faizi neftə və qaza bağlıdır. Gündəlik 3 milyon barrel neft hasil edən İranın neft ixracatını sıfıra endirməyə cəhd edən ABŞ dünya dövlətlərindən dəstək ala bilmədi. Çin, Hindistan, Rusiya və Avropa dövlətləri Trampın sanksiya siyasətinin əleyhinə çıxdılar. Buna baxmayaraq ABŞ İran ilə ticarət əlaqələrini kəsməyən dövlət və şirkətləri ciddi şəkildə hədələyir. Sanksiyalardan əvvəl İran iqtisadiyyatı ildə təxminən 7 faiz artırdı. Bu artımda neft və qaz ixracının payı 80 faizə yaxın idi. Ötən illərdən fərqli olaraq bu dəfə İranın iqtisadiyyatına daha ağır zərbələrin dəyəcəyi gözlənilir. Bu gün İranın milli valyutası dəyərdən düşüb, ölkə inflyasiya burulğanındadır. Rusiya, Çin və Avropa dövlətləri İranın yanında olduqlarını durmadan bəyan etsələr də, şirkətləri ABŞ-ın hədəsindən çəkinərək bir-birinin ardınca İrandan çıxmağa başlayıb. İran maliyyə böhranı ilə üzləşib, ölkədə işsizlik 12 faizə çatıb. Lakin İran ərəb dövlətlərindən fərqli olaraq özünü müdafiə etməyi bacaran hərbi potensiala və dünya bazarında rəqabətə davam gətirəcək istehsala malik olan bir dövlətdir. Bununla yanaşı, İranın əlində hələ də təsir imkanları var. Birincisi, İran dünya neft ticarətinin 20 faizdən çoxunun dövr etdiyi Hörmüz boğazını bağlamaqla ABŞ və ərəb dövlətlərini təhdid edir. Fars körfəzi ilə Hind okeanına çıxışı olan Əmman körfəzini birləşdirən Hörmüz boğazı bağlansa dünya bazarında neftin qiyməti həddən artıq yüksələcək. Çünki İran ilə yanaşı, digər körfəz dövlətləri də öz neftlərini məhz bu boğaz vasitəsilə dünya bazarına çıxarırlar. Neft idxal edən dövlətlər bundan çox ciddi ziyan görəcəklər.

İkincisi, İran uzaqmənzilli raketləri ilə ABŞ-ın bölgədəki müttəfiqlərini təhdid altında saxlamaq imkanına malikdir. Təsadüfi deyil ki, bu gün ABŞ İrandan raket proqramından da imtina etməsini tələb edir. İran isə raket proqramının müzakirə edilməsini belə istəmir və raket istehsalı sənayesini daha da inkişaf etdirəcəyini bildirir. Beləliklə, siyasi ekspertlərin fikrincə, İranın əlində təsir imkanlarının qalması onu deməyə əsas verir ki, sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir. Odur ki, dünya ABŞ-İran qarşıdurmasının növbəti və kəskin mərhələsindəki prosesləri hələ uzun müddət müşahidə edəcək. (AZƏRTAC)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az