t s

» » Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

14-11-2018, 13:00 Yazar:  Əsmər Baxılıb: 57 Çap et
Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə
Müzəffər Əli xan Qızılbaş 1908-ci ildə Pakistanın Pəncab əyalətinin Lahor şəhərində anadan olub. Onun soykökü qüdrətli Azərbaycan hökmdarı Nadir Şah Əfşar tərəfindən buraya gətirilmiş Səfəvi tərəfdarı qızılbaş tayfalarındandır. Atası Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından olub.

Kult.az xəbər verir ki, britaniyalı tarixçi L.H.Qriff “Pəncab liderləri. Pəncab hökumətinin nəzarətindəki ərazilərdə yaşayan nüfuzlu ailələrin tarixi və tərcümeyi-halı ilə bağlı qeydlər” kitabında bu ailənin Nadir şahla birlikdə Əfqanıstana gəlməsindən bəhs edib.

Nadir şah 1738-ci ildə Hindistanı fəthə başlayanda Əfqanıstandan keçir və bölgədə özü ilə Azərbaycandan gətirdiyi 12 min türk ailəsini yerləşdirir.

Bundan təxminən 100 il sonra - 1839-cu ildə Rusiya və Britaniya arasında gərginlik yaşanır və Əfqan cəbhəsində hərbi münaqişə başlayır. 1842-ci ildə Kabil üsyanı nəticəsində Britaniya məğlub olur. Qızılbaş bəylərinin bir qismi Pakistan ərazisindəki Lahor şəhərinə gedir. Həmin ailələrdən biri də Müzəffər Əli xan Qızılbaşın babası idi.

Hələ gənc yaşlarından Pakistanda sayılıb-seçilən, müəyyən mövqe tutan insanlardan olan Müzəffər Əli xan siyasi fəaliyyətinə Birlik Partiyasında başlayıb. Daha sonra Müsəlman Liqasına və Respublikaçı Partiyasına qoşulub.

O, İbrahim İsmayıl Çendriqarın baş nazirliyi dövründə, 1957-ci il 18 oktyabrdan 1957-ci il dekabrın 16-a qədər Qərbi Pakistanın Sənaye naziri vəzifəsində çalışıb. 1957-ci il dekabrın 16-dan 1958-ci il martın 18-dək isə yeni Baş nazir Sir Feroz xanın kabinetində sənaye, ticarət və parlament məsələləri üzrə nazir vəzifəsini icra edib.

Əli xan Qızılbaş 1958-ci ildə Qərbi Pakistanın baş naziri vəzifəsinə gətirilib. Vəzifədə olduğu dövrlərdə bir sıra mühüm işlər görür ki, bunlar da onun növbəti dəfə yüksək postda təmsil olunmasına zəmin yaradır. Əli xan 1969-cu ildə Pakistanın maliyyə naziri vəzifəsinə təyin olunur. O, bu vəzifəni 2 il - 1971-ci ilə qədər icra edir.

Təəssüf ki, Müzəffər Əli xanın nə vaxt vəfat etməsi və harada dəfn edilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin mənsub olduqları Qızılbaş ailəsinin hələ də Pakistanda sayılıb-seçilən ailələrdən olduğu bildirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az