t s

» » Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb (VİDEO)

Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb (VİDEO)

9-04-2015, 08:58 Yazar:  Aygün Baxılıb: 585 Çap et
Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb (VİDEO)Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub

Cari ildə toy karvanlarında iştirak edən sürücülərin qaydaları pozması nəticəsində 4 nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində iki nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub.

Bu səbəbdən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücüləri daha da ehtiyatlı olmağa çağırıb. Yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, həmçinin yollarda quraşdırılan nəzarət-müşahidə kameraları vasitəsilə izlənəcək.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, əməkdaşlarımız tərəfindən toy karvanda iştirak edən sürücülər yol-nəqliyyat qaydalarının pozarlarsa, dərhal saxlanılacqlar.

Bəy-gəlin cütlüklərini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı yolun hərəkət zolaqlarının bütünlüklə tutulmaları. Eyni zamanda işıqforun qırmızı işığında dayanmadan hərəkət etmələri. Eləcə də yol ayrıclarının keçmə qaydalarının pozulması, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilməsi bu və digər qayda pozuntuları insanlar üçün problem yaradır. Bu səbəbdən sürücülər yollarda hərəkət edən zaman diqqətli olmalıdılar.

“Toy karvanında avtomobilin sürücüsü dövlət nömrə nişanları olmadan hərəkət etməsi faktı aşkarlanarsa, həmçinin bəy-gəlin cütlükləri hərəkəti üçün bəzədilmiş avtomobilin dövlət nömrə nişanlarının gizlədilməsi, və ya dövlət nömrə nişanın yerinə hər hansı bir sözü yazılarsa təbii ki, bu qanun pozulmasıdır”, – deyə Vaqif Əsədov qeyd edib.

Şöbə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yol-hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 Bakıda “Hyundai” bacı və qardaşı vurdu Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Paytaxtın Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb. Prospektlə yüksək sürətlə
09:49 Bakıda 10 maşın toqquşub: Ölən var Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyib. Bakının Dərnəgül şossesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var. Mediaxeberleri.az xəbər verir ki, APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saat 23 radələrində Dərnəgül
19:47 İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür - FOTO Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin paytaxtda nömrəsiz qırmızı rəngli "Ferrari" sürdüyü ortaya çıxıb. Sərhəd.info-nun verdiyi məlumata görə, Ramal Quliyev tez-tez bu avtomobildən istifadə edir və DYP əməkdaşları onu heç vaxt saxlamağa cürət
02:10 Bakıda yol polisinin kobud qayda pozuntusu (VİDEO) Bakıda yol-patrul xidməti avtomobili sürücüsünün yol-hərəkəti qaydalarını kobud həkildə pozmasını əks etdirən bu video sosial şəbəkələrdə yayılıb və ictimai marağa səbəb olub. Avtosfer.az-ın məlumatına görə, videodan görünür ki, 10 YP 430 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü hərəkət
00:07 Yol polisindən qadın sürücülərə sürpriz - VİDEO Bu gün 8 Mart qadınlar günündə Bakının mərkəzi küçələrində avtomobil idarə edən xanım sürücülər hər il olduğu kimi, bu il də hədiyyəsiz qalmadı. Yol polisi əməkdaşları qayda pozuntusuna yol verməyən xanım sürücüləri gülər üzlə qarşılayıb hədiyyələrlə yola saldı. Respublika Dövlət Yol Polis

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az