t s

» » Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda

Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda

13-11-2018, 18:05 Yazar:  Gülnar Baxılıb: 190 Çap et
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Bu gün Gənclər Mərkəzinin akt zalında Qazax rayonu İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi.

Mediaxeberleri.az
xəbər verir ki, məktəbliləri və görüş iştirakçılarını salamlayan rayon İcra hakimiyyətinin başçısı tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.

Tədbirdə, əvvəlcə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də rayon rəhbərinin təşəbbüsü ilə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəblinin, qrup rəhbəri, və təhkim olunmuş digər şəxslərin səfər öncəsi "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərinə təşkil olunmuş turu və məktəblilərin həmin yerlər haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

14-17 noyabr 2018-ci il tarixlərində həyata keçiriləcək aksiyaya Qazax məktəbliləri də qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkəmizin cənub bölgəsi olan Lənkəran-Masallı-Astara rayonlarının görməli yerləri ilə tanış olacaqlar. Bu il isə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir ənənənin əsası qoyulub. Rayon rəhbərinin təşəbbüsü ilə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəbli üçün bu gün səfər öncəsi Qazax rayonu üzrə tur təşkil edilib. Aksiyada iştirak edəcək qrup rəhbəri, təhkim olunmuş digər şəxslər məktəblilərlə birlikdə "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərində olub, rayon haqqında dolğun məlumatlar əldə ediblər.

Çıxış edən müəllimlər, valideynlər qeyd etdilər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla yanaşı eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Rəcəb Babaşov çxışında vurğuladı ki, son illər respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər, eyni zamanda “Ölkəmizi tanıyaq” layihəsi haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, artıq beş ildir ki, Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsində əsas məqsəd gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.



Rəcəb Babaşov nitqinə yekun vuraraq bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunub, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, İcra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Siz bu tur-aksiyada bir-birindən gözəl məkanlarda olacaqsınız, ölkəmizin cənub bölgəsinin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəksiniz. Sizdən istəyim və tövsiyəm ondan ibarətdir ki, bu tur-aksiya zamanı əldə edəcəyiniz məlumatları, turdan sonra sizi toplayacağım zaman rayonumuzla müqayisəli şəkildə mənə bildirəsiniz. Ən əsası da siz bu turda məktəbli kimi iştirak etməklə yanaşı, eyni zamanda bir qazaxlı kimi rayonumuzu da təmsil edirsiniz. Sizlər öz davranışınızla elə nümunə olmalısınız ki, Qazaxın ziyalılar diyarı olduğunu bir daha sübut edəsiniz. Bu tur-aksiyada sizlərin hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda
Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az