t s

» » “Dində “cin çıxarmaq” anlayışı yoxdur” - Hacı Şahin

“Dində “cin çıxarmaq” anlayışı yoxdur” - Hacı Şahin

12-11-2018, 21:12 Yazar:  Gülnar Baxılıb: 74 Çap et
“Dində “cin çıxarmaq” anlayışı yoxdur” - Hacı Şahin
Xəbər verdiymiz kimi, Bak sakini, psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağalmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq öldürüblər. Aldığı xəsarətlərdən ölən M. Soltanovun meyiti Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılaraq, barələrində müvafiq maddələrlə cinayət işi açılıb.

Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli "Cin çıxartma" məsələsinə münasibət bildirib. Din xadimi Azvision.az-a açıqlamasında deyib ki, İslam dinində "cin çıxartma" müalicə üsulu haqqında hansısa bir məlumat yoxdur.

“Bu deyilənlərin dinlə hər hansısa bir əlaqəsi yoxudr. İnsanlar xəstələndikləri zaman həkimə mürcaiət etməlidirlər və onların vasitəsi ilə müalicə olunmalıdırlar. Təbii ki, bu zaman müəyyən duaları etmək mümkündür. Bu, normaldır. Dua ona görə edilir ki, məqsədinə çatasan, sağalsan və s. Amma cindarlıqla məşğul olmaq, kiminsə içindən cin çıxartmaq, bunlar xurafatdır. Bir mənalı olaraq insanlar bilməlidirlər ki, dinimizdə cin çıxartma ilə bağlı heç nə yazılmayıb. Ümumiyyətlə, bunların dinə aidiyyatı yoxdur. Bu kimi əməllərdən imtina etmək lazımdır. Belə insanlar başqalarının inancından istifadə edib, qanunusuz işlərlə məşğul olurlar. Cahil, savadsız adamlar isə xəbərsizlikdən bu cür insanların təsirinə düşürlər”- deyə Hacı Şahin Həsənli vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az