t s

» » “Elmin dediyini din, dinin dedyini isə elm inkar edir”- Tural İrfan

“Elmin dediyini din, dinin dedyini isə elm inkar edir”- Tural İrfan

12-11-2018, 20:27 Yazar:  Alçina Amilqızı Baxılıb: 74 Çap et
“Elmin dediyini din, dinin dedyini isə elm inkar edir”- Tural İrfan
Son zamanlar insanların maraq dairəsini həbs edən qalmaqallı mövzu, məhz insan bədəninə “cin girməsi” yaxud da bədəndən “cin çıxarmaq”dır.

Bəzi insanlar “cin çıxartma”nın və bu işlə məşğul olan məxluqların olmadığını hesab edirlər. Bəziləri isə çarəsi tapılmayan xəstələrə, məhz “cin çıxardan”ların kömək ola biləcəyini düşünür.

Dəhşətli burasıdır ki, indi də insanlar xəstəsini müalicə elətdirmək üçün həkimə deyil, “cin çıxardan”ların yanına aparır. Nəticədə isə bədbəxt hadisələrin şahidi oluruq. Bu günlərdə Şabranda baş verən hadisəni qeyd etmək olar.

Belə ki, Bakı şəhər sakini, Murad Soltanov Şabranda bir neçə fırıldaqçı “cin çıxardan” tərəfindən döyülərək öldürülüb. Məlum olub ki, 6 nəfər Şabran sakini əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən M.Soltanovu sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq "cin çıxartma" prosedurunu həyata keçiriblər. Nəticədə M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Ümumiyyətlə, şeytana aid olmaq, ya da adamın içinə şeytan girməsi psixi pozğunluq sayılmır və tibbdə müalicə olunmur. İnsanın bədəninə “cin girməsi” elmdə də qəbul olunmur.

Dində bu məsələyə necə yer verilir?



İlahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında deyib ki, mənəvi varlıqları din təsdiq edir, amma elm isə tam təsdiq etmir:

“Amerikada və bəzi Qərb ölkələrində bu barədə araşdırmalar aparılıb. Elm tərəfindən ruhlar, cinlər barədə fikir ayrılıqları var. Amma mövcudluğunu din təsdiq edir və biz də qəbul edirik ki, ruh, şeytan və cin var. Onların insana toxunması, bədəninə müdaxilə etməsi, həmçinin insan bədəninə daxil olması mümkündür. Bu da təcrübədən keçmiş bir məsələdir.

Həmin məsələ ilə məşğul olan şəxlər tam mütəxəssis olmadıqları üçün bir çox fəsadlara yol verirlər. Bu məsələlər bizim həkimlərin, psixiatrların, psixoloqların, ruhi məsələlərlə məşğul olan mütəxəssislərin biganəliyi səbəbindən də baş verir. Onların vətəndaşlara qayğı göstərməməsinin nəticəsidir ki, insanlar məcbur olur, o cür “cin çıxardan”ların yanına üz tutmalı olurlar. Əsasən, fırıldaqçı insanların bu məsələdə müxtəlif əməlləri ilə rastlaşırıq. Bu, insanlar o sahəni bilməyənlərdir. Reallıqda cin var və onların müəyyən məqamda insanların bədənlərinə daxil olması halları baş verə bilir. İnsan həmin vaxt ruhi problemlər yaşayır, ağır duruma düşür, onda müəyyən sayıqlamalar olur, təbii ki, buna da tibb əlac edə bilmir”.

Tural İrfan qeyd edib ki, bu gün ruhi dispanserlərdə kifayət qədər insanlar var ki, onların müalicəsi tibbi cəhətdən mümkün deyil:

“Bəlkə də onlar həqiqi mütəxəssislərə, “cin çıxardan”lara müraciət etsələr, onlar həmin insanları müalicə edə bilərlər. Hətta, biz bunun şahidi də olmuşuq. Amma təəssüflər olsun ki, dində ölkəmizdə o məsələ tam formalaşmayıb. Yəni dinlə elmin vəhdəti, birliyinı nail olması halları hələki dünya təcrübəsi özünü təsdiq etməyib. Ona görə də elmin dediyini din, dinin dedyini isə elm inkar edir”.

Alçina Amilqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:16 Cadunun dağıtdığı tifaqlar: “Cinləri doldurmuşdular evə...” - ARAŞDIRMA İnsan oğlu var olduğu gündən cadu, sehr və bu kimi qeyri-adi güclərin olduğuna inanır və ondan istifadə etməyə çalışır. Hansısa fövqəlbəşər varlıqların qüvvələrindən öz həyatlarının yaxşılaşması yönündə yararlanmağa çalışırlar. Elmin, texnikanın bu dərəcədə inkişaf etməsinə baxmayaraq, hələ də
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az