t s

» » Qazax rayon sakini Xatirə Əsgərova axtarışa verildi

Qazax rayon sakini Xatirə Əsgərova axtarışa verildi

9-04-2015, 01:04 Yazar:  Məmməd Məmmədov Baxılıb: 757 Çap et
Qazax rayon sakini Xatirə Əsgərova axtarışa verildi200 nəfərin adına kredit götürüb dələduzluq edən qadın axtarışa verildi

Cinayət işi başlanıb.


Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, aparılmış istintaqla P.Səfərovanın, X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub.

İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırır. Nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.

Hazırda iş üzrə P.Səfərovanın tutularaq istintaqa cəlb edilməsi və vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək ödətdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:31 Bank sektorunda 5 milyon manatlıq – RÜŞVƏTXORLUQ Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Azərbaycanda bank sektorunda korrupsiya faktı aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “Royal Bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında
14:45 Kafedra müdirinə cinayət işi Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimovun qeyd
18:08 Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu Bu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə
16:36 Baş Prokurorluq vəzifəli şəxslərin cinayət işilə bağlı xəbər yaydı - Yarım milyonluq cinayət faktı Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az