t s

» » Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

12-11-2018, 09:10 Yazar:  Məmməd Məmmədov Baxılıb: 139 Çap et
Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Noyabrın ayının 10-da “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, “İstiqlal” ordenli, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannaya (Hüseynov) həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı Elmi-praktik konfrans keçirilib.

Konfransın proqramına uyğun olaraq tədbir iştirakçıları öncə saat 10:00-da Fəxri Xiyabanda İsa Muğannanın məzarını ziyarət etdilər. “Qazax Xeyriyyə” İctimai Birliyi adından məzarın önünə əklil və gül dəstələri qoyuldu. Akademik Nizami Cəfərov bu ziyarətin hər kəsin mənəvi borcu olduğunu qeyd edərək, İsa Muğannanın yaradıcılığı haqqında məlumat verərək ustad sənətkara Allahdan rəhmət dilədi. Sonra o, bu tip konfransların İsa Muğanna yaradıcılığının öyrənilməsi və tədqiqi baxımından böyük önəm daşıdığını qeyd etdi. Akademik Teymur Bünyadov isə İsa Muğanna ilə bağlı xatirələrindən danışaraq, İsa Muğannanı dövrünün ən parlaq və əvəzedilməz yazıçısı adlandırdı. Sonda İsa Muğannanın qızı Sevinc Muğanna “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvlərinə və ziyarətə gələn hər kəsə öz adından və ailəsi adından dərin təşəkkür və ehtiramını bildirdi.


Konfransın proqramına uyğun olaraq konfransın rəsmi hissəsi saat 11:00-da Atatürk Mərkəzində təşkil edilmişdir. Konfransı “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov giriş nitqi ilə açaraq ədəbiyyatşünasları, Muğanna irsini öyrənən alimləri və konfrans iştirakçılarını salamlayaraq, akademik Teymur Bünyadova və Xalq şairi Nəriman Həsənzadəyə işlərinin çox olmalarına baxmayaraq, bu konfransda iştirak etdiklərinə görə öz adından və konfrans iştirakçıları adından onlara təşəkkürünü bildirdi.


Həmçinin konfransın yüksək səviyyədə təşkil edilməsinə göstərdiyi dəstəyə görə Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərova da minnətdarlığını bildirdi. İ.Pirməmmədov İsa Muğannaya həsr edilmiş elmi-praktik konfransın keçirildiyi tarixin əlamətdar bir günə təsadüf etdiyini xatırladaraq qeyd etdi ki, bu gün türk dünyasının böyük oğlu, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Bunun üçün təklif etdi ki, Atatürkün və İsa Muğannanın xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Sonra İ. Pirməmmədov “Qazax Xeyriyyə” İctimai Birliyinin Fəaliyyət planına uyğun olaraq Birliyin gördüyü işlərdən danışdı. O qeyd etdi ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə bu il türk dünyasının böyük ozanı Aşıq Ədalətə möhtəşəm qəbirüstü abidə ucaldıldı. Yeri gəlmişkən, bizim bu təşəbbüsümüzə həm maddi, həm də mənəvi dəstək verən hər kəsə dərin təşəkkürümüzü bildirirəm.

Bundan başqa Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Dərya Məhəmmədin anadan olmasının 110 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi ilə birgə möhtəşəm konsert tədbiri keçirildi.

Bugünkü elmi-praktik konfrans da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı 31 may 2018-ci ildə imzaladığı sərəncama uyğun olaraq təşkil edilmiş tədbirlər silsiləsinin bir həlqəsidir.

Hamınıza məlumdur ki, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 noyabr 2018-ci ildə sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Təbii ki, biz də həmin prosesdə yaxından iştirak edəcəyik. Bir sözlə qarşıda duran ən vacib işlərimizdən biri də budur.
Əminəm ki, bu gün sizlərlə birgə keçirəcəyimiz tədbir – Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans bir sıra özəlliklərlə yadda qalacaq. Konfransın proqramına uyğun olaraq akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, filologiya elmləri doktoru Məti Osmanoğlunun, professor Rüstəm Kamalın, ədəbiyyatşünas Əsəd Cahangirin, şair-publisist Həmid Hersçinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri şair Barat Vüsalın, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlunun və digər insanların çıxışları nəzərdə tutulub. Həmçinin Muğannaşünas, Cavidşünas alim filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyanın təqdimatı və Şamil Sadiqin “İsa Muğanna “İdeal” işığında” adlı mərzusəsi də konfransın proqramına daxil edilib. Bundan başqa gördüyünüz bu stenddə İsa Muğannanın “Hədəf” Nəşrləri tərəfindən çap olunmuş tam külliyatı sərgilənəcək, – deyə İ.Pirməmədov qeyd etdi.


Daha sonra İ.Pirməmmədov çıxışında İsa Muğannanın Azərbaycan və türk ədəbiyyatında özünəməxsus mövqe qazandığını bildirib. Onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik”, – sözlərini diqqətə çatdırdı. Həmçinin professor İ.Pirməmmədov yazıçının əsərlərinin xarici dillərə tərcümə olunmasının vacibliyini önə çəkərək yaxın vaxtlarda bu istiqamətdə ciddi işlərin görüləcəyinə inandığını qeyd etdi.
İ.Pirməmmədov qeyd etdi ki, konfransda yüz nəfərdən çox iştirakçı var. Onların arasında akademik, professor və ədəbiyyatşünaslar, orta məktəb direktorları, şair, yazıçı, İsa Muğannanın qızı Sevinc xanım, nəvəsi Səma balamız, qohumları və bir sözlə muğannasevərlər iştirak edirlər.


İ.Pirməmmədov qeyd etdi ki, İsa Muğannanın 90 illik yubiley tədbirləri Qazax və Ağstafa rayonlarında da geniş qeyd edilmişdir. Bir neçə gün öncə Ağstafa rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyi adından akademik Nizami Cəfərov, şairə Cığatel İsaqızı iştirak etmişdilər. Bugünkü tədbirimizdə isə Qazaxdan şair Barat Vüsal, Mustafa Rasimoğlu, Ağstafadan isə Hüseyn Arif Ədəbi Birliyinin sədri Saqif Qaratorpaq iştirak edir.

Sonra professor İlham Pirməmmədov konfransın iclasının aparmağı filologiya elmləri doktoru Məti Osmanoğluna həvalə etdi.

M.Osmanoğlu İsa Muğannanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, 1928-ci ildə Qazax rayonunun (İndiki Ağstafa rayonunun) Muğanlı kəndində anadan olan İsa Hüseynov 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, ”Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm” və digər kitablarını oxuculara təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

M.Osmanoğlu sonra sözü akademik Teymur Bünyadova verdi. Akademik T.Bünyadov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən İsa Muğannanın 90 illik yubileyinin ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edildiyini bildirərək, bunun ölkə prezientinin, dövlətin, xalqın İsa Muğannaya olan hörmət və məhəbbətinin tərənnümü olduğunu bildirdi. İsa Muğanna ilə bağlı xatirələrini dilə gətirən akademik yazıçıya dünya şöhrəti gətirən əsərlərinin təbliğinin daha da gücləndirilməsini, onun daha geniş coğrafiyada tanıdılmasının vacibliyini vurğulayıb.

Sonra çıxış üçün söz Heydər Əliyev mukafatı laureatı, Xalq şairi Nəriman Həsənzadəyə verildi. N.Həsənzadə İsa Muğanna yaradıcılığını heç bir ölçüyə, çərçivəyə sığışdırmaq olmaz, ədəbiyyata belə insanlar nadir hallarda gəlir, – deyən Xalq şairi İsa Muğannaya həsr etdiyi şeiri oxudu.

Daha sonra bildirdi ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin son iki ildə gördüyü işlər 10 ildə görüləcək işlərə bərabərdir. İctimai Birliyin sədri İ.Pirməmmədov Qazax Mahalının və Azərbaycanın dəyərli insanlarına layiqli qiymətləri verməklə qədirşünaslıq məktəbi yaratmışdır. Hətta İlham müəllim özü gördüyü işlərin heç birini öz adına çıxmadan, mənə, sənə, bizlərə sağ ol deyərək o işləri hamımızın adına çıxır. Bu cür insanlar sözün həqiqi mənasında böyük tapıntıdır. Belə insanları hər birimiz qorumalıyıq, – deyən N.Həsənzadə hər zaman , “Qazax Xeyriyyə” İctimai Birliyinin yanında, şəxsən İlham Pirməmmədovun ətrafında olacaqlarını bildirdi.

Tədbirdə akademik Nizami Cəfərov, ədəbiyyatşünas alimlər Rüstəm Kamal, Natəvan Dəmirçioğlu, tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin müdiri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal və başqaları İsa Muğannanın ədəbi yaradıcılığından, ədəbiyyatda söz sahibi olmasından, həyat və fəaliyyətinə dair çıxışlar ediblər.




Natiqlər onun yazıçı kimi püxtələşməsində Xalq yazıçısı Mehdi Hüseynin böyük rolu olduğunu söyləyiblər. Qeyd edildi ki, müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

Diqqətə çatdırılıb ki, İsa Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucuları heyrətləndirib.
Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək səviyyədə bəhrələnərək şedevrlər yaradıb.
İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Bildirilib ki, ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

İ.Muğannanın özünün mənəvi oğlu və ideya yolunun davamçısı adlandırdığı yazıçı-publisist, “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyanın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq belə bir elmi-praktik konfransı ərsəyə gətirdiklərinə görə təşkilatçılara və ədəbiyyatşünaslara öz təşəkkürünü bildirdi. Daha sonra o, İsa Muğannanın Azərbaycan ədəbiyyatındakı rolundan danışaraq, onun yaradıcılığının hələ də dərindən öyrənilmədiyini qeyd edərək, onun əsərlərindəki işığın nurundan, onunla bağlı xatirələrdən danışaraq, monoqrafiya haqqında geniş məlumat verdi.


Daha sonra yazıçının nəvəsi Səma Muğanna babasına həsr etdiyi şeiri oxudu və konfrans iştirakşıları tərəfindən alqışlarla qarşılandı.

Tənqidçi Əsəd Cahangir qeyd etdi ki, mən bir ədəbiyatşünas kimi universitetlərin və AMEA institutlarının təşkil etdiyi konfranslarda iştirak etmişəm. Mən deyərdim ki, bu konfrans o konfranslardan bəzi üstünlükləri ilə yadda qaldı. Gerçəkdən də ölkəmizin ictimai həyatında özünəməxsus rolu olan, 27 illik fəaliyyət tarixi olan “Qazax Xeyriyyə” İctimai Birliyinin həyata keçirdiyi bu tədbir yüksək alqışa layiqdir. Bunun üçün İctimai Birliyin sədri professor İlham Pirməmmədova və Birliyin üzvlərinə dərin təşəkkürümü bildirirəm.

Sonda yazıçının qızı Sevinc Muğanna ailəsi adından belə bir möhtəşəm konfransı təşkil etdiklərinə görə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədova, Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərova, akademik Teymur Bünyadova, aparıcı Məti Osmanoğluna, konfransın digər təşkilatçılarına, məruzəçilərə və iştirakçılara dərin minnətdarlığını bildirərək, İsa Muğannanın 90 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncama görə ölkə Prezidenti cənab İlham Əliyevə də təşəkkürlərini ünvanladı.

İ.Pirməmmədov sonda elmi-praktik konfransı bağlayaraq bildirdi ki, məruzələrdən və çıxışlardan da göründüyü kimi İsa Muğannanı dərk etmək bir qədər çətindir. Bunun üçün onun əsərlərini oxumaq və ümumiyyətlə, çoxlu mütaliə etmək lazımdır. Bir sözlə İsa Muğanna məktəbi yenidən öyrənilməli, onun yaradıcılığı Əsəd Cahangir demiş, tədqiqat aparmaq bacarığı olan şəxslər tərəfindən öyrənilməlidir.
Həmçinin İ.Pirməmmədov qeyd etdi ki, yəqin yaxın vaxtlarda Prezidentin sərəncamına uyğun olaraq İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş rəsmi dövlət tədbirində də iştirak edəcəyik.
“Qazax Xeyriyyə” İctimai Birliyi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az