t s

» » Azərbaycan çempionatı: 2 oyunda 8 qol

Azərbaycan çempionatı: 2 oyunda 8 qol

10-11-2018, 22:56 Yazar:  Gülnar Baxılıb: 42 Çap et
Azərbaycan çempionatı: 2 oyunda 8 qol
Bu gün Topaz Premyer Liqasında XI tura start verilib.

Mediaxeberleri.az
xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" üz-üzə gəlib. Oyun Premyer Liqa təcrübəsi daha çox olan "Səbail"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 2-ci dəqiqədə Ruslan Qurbanov açıb. 27-ci dəqiqədə Kevin Kubemba fərqlənib. 57-77-ci dəqiqələrdə dubl edən Yevgeni Koçuk son nöqtəni qoyub.

Bununla da "Səbail" "Qarabağ"la xal hesabını bərabərləşdirib və ən azı bi günlük ikinci pilləyə yüksəlib. "Sabah" 11 oyundan 16 xalla 4-cü pilləni tutur. Bu komandalar arasında yeganə qarşılaşma ilk dövrəyə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb - 0:0.

Günün digər matçında lider "Neftçi" ilə autsayder "Zirə" üz-gəlib. Hesabı 36-cı dəqiqədə Baqali Dabo açıb. "Zirə" 77-ci dəqiqədə Tellur Mütəllimovun qolu ilə bərabərliyi təmin edib. 80-cı dəqiqədə Mirabdulla Abbasov "Neftçi"ni yenidən hesabda önə keçirsə də, 3 dəqiqə sonra "Zirə" status-kvonu bərpa edib. Bu dəfə Vüsal İsgəndərli fərqlənib.

Hazırda 26 xalla 1-ci pillədə qərarlaşan "Neftçi" ilə sonuncu yerdəki qəsəbə təmsilçisi arasında 20 xallıq fərq mövcuddu. Bu komandalar arısında çempionatda 14-cü matç olub. Bunlardan 2-də "Neftçi", 8-də qəsəbə təmsilçisi qalib gəlib, 4 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti 18:11 "Zirə"nin xeyrinədi.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Keşlə" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
II dövrə, X tur


10 noyabr
Sabah - Səbail 0:4
Qollar: Ruslan Qurbanov, 2. Kevin Kubemba, 27. Yevgeni Koçuk, 57; 77.
"Əlincə Arena”.

Neftçi - Zirə 2:2
Qollar: Baqali Dabo, 36. Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 77. Vüsal İsgəndərli, 83.
"Bakcell Arena”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. “Report” xəbər verir ki, turun sonuncu matçında “Qarabağ” doğma azarkeşlər önündə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib. Qarşılaşmada ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:34 Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış oyunu Gəncədə olacaq. “Kəpəz” paytaxtın “Neftçi” klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu
22:11 Futbol üzrə Azərbaycan Premyer Liqasında gümüş mükafatçı məlum oldu Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, turun bütün görüşləri eyni saatda start götürüb. "Zirə" doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla da "Zirə" cari mövsümün
21:06 Azərbaycan Premyer Liqası: “Qarabağ” IV dövrəyə də qalıbiyyətlə başlayıb Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib. Sonuncu dövrənin ilk, ümumilikdə isə XXVIII turun bütün qarşılaşmaları eyni gündə oynanılır. İlk qarşılaşma AZAL-la “Kəpəz” klubları arasında oynanılıb. Ötən tur öz meydanında “Zirə”ni məğlub edən və bu qələbə sayəsində ilk üçlüyə düşən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az