t s

» » Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib

Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib

10-11-2018, 21:47 Yazar:  Gülnar Baxılıb: 43 Çap et
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz - sərvətimizdir” layihəsinin daha geniş şəkildə həyata keçirilməsinə təkan verib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Fərmanın bölgələrdə şərhi ilə əlaqədar Bilik Fondunun təşkilatçılığı ilə Yevlax, Bərdə, Tərtər və Kürdəmir rayonlarında “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda “dəyirmi masa”lar keçirilib.

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova dil məhfumunun xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Fondun ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəslsəfə doktoru Nüşabə Hüseynova təmsil olunduğu qurumun Azərbaycan dilinin saflığının qorunması və təbliği istiqamətində həyata keçirdiyi “Dilimiz - sərvətimizdir” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində Dilçilik İnstitutu alimlərinin bir neçə televiziyada jurnalistlər üçün silsilə təlimləri təşkil olunub. Təlimlərin nəticəsi olaraq, Fondun dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” kitabı nəşr edilib. Dilçi alimlərin məqalələrinin toplandığı nəşr jurnalistlərə paylanılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva təmsil etdiyi elmi–tədqiqat müəssisəsinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. O, texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu söyləyib. Bildirib ki, doğma dilin saflığının qorunması xüsusən KİV-lərin üzərinə düşən müqəddəs missiyadır və dövlət dilinə qarşı peşəkar münasibət jurnalistlərin vəzifə borcudur.

Yevlax rayonunda çıxan “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı isə mətbuatın dilimizin təbliğindəki rolu ilə bağlı fikirlərini söyləyib. “Dəyirmi masa” müəllimlərin qatıldığı müzakirələrlə davam edib.

Bərdə rayonundakı S.Vurğun adına Mərkəzi Kitabxanada təşkil edilən tədbirdə rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov bölgədə Azərbaycan dilinin təbliği sahəsində mövcud vəziyyət barədə məlumat verib. N.Hüseynova “Ekran və efirdə ədəbi dil normaları” kitabında əksini tapan məqalələrin mahiyyətindən danışıb. S.Əliyeva isə mətbuatda işlənən söz və ifadələrdə daha çox hansı pozuntulara yol verildiyini, yanlışlıqların səbəblərini və aradan qaldırılma yollarını diqqətə çatdırıb.

“Dəyirmi masa”da müəllimlərin sualları cavablandırılıb.

Növbəti tədbir Tərtər rayonundakı Qarabağ Regional Bilik Evində gerçəkləşib. Tədbiri Bilik Evinin müdiri, İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova açıb. N.Hüseynova və S.Əliyevanın çıxışlarından sonra müəllimlər Azərbaycan dilinin təbliği istiqmətində üzləşdikləri neqativ hallardan, xüsusilə mətbuatda dilin saflığına xələl gətirən məqamlar ətrafında fikir mübadiləsi aparıblar.

Eyni mövzuda “dəyirmi masa” Kürdəmirdə yerləşən Heydər Əliyev Mərkəzində də təşkil olunub. Bilik Fondunun yerli nümayəndəsi, Kürdəmir rayon 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov tədbirdə mövzunun aktuallığından bəhs edib. S.Əliyeva və N.Hüseynovanın “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda çıxışlarından sonra Mərkəzin direktoru Dürriyə Seyidova yerli müəllimlərin, ziyalıların bu istiqamətdə fəaliyyətindən danışıb. Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Bilik Fondu ölkə başçısının Fərmanından irəli gələn tələblər əsasında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlərini davam etdirir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az