t s

» » Yaşar Əliyev: Bütün dövlətlər beynəlxalq öhdəliklərə ciddi riayət etməyə borcludur - VİDEO

Yaşar Əliyev: Bütün dövlətlər beynəlxalq öhdəliklərə ciddi riayət etməyə borcludur - VİDEO

10-11-2018, 20:51 Yazar:  Gülnar Baxılıb: 35 Çap et
Yaşar Əliyev: Bütün dövlətlər beynəlxalq öhdəliklərə ciddi riayət etməyə borcludur - VİDEO
Bütün dövlətlər öz beynəlxalq öhdəliklərinə, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığı barədə öhdəliklərə ciddi riayət etməyə borcludurlar. Əgər hamılıqla tanınmış fundamental dəyərlərə, norma və prinsiplərə təcavüzü və digər qanunsuz hərəkətləri gizlətmək məqsədilə açıq-aydın etinasızlıq göstərilirsə, onda dinc, ədalətli və firavanlaşan dünyanın təmin edilməsi məqsədinə nail olmaq çətindir.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev cümə günü Təhlükəsizlik Şurasında bütün dünyada ümumi sülhün və təhlükəsizliyin qorunub saxlanmasına həsr edilmiş debatlarda çıxışında bu barədə danışıb.


Diplomatın sözlərinə görə hazırda dünyanın qarşılaşdığı sülhə və təhlükəsizliyə təhdidlər beynəlxalq hüquqi qaydanın möhkəmlənməsinə və multikulturalizm prinsiplərinə sədaqətin dirçəldilməsini tələb edir. Birləşmiş Millətlər Təşkilatı multikulturalizmin ən mühüm ilkin elementidir, onun Nizamnaməsində təsbit olunmuş məqsədlər və prinsiplər isə beynəlxalq münasibətlərdə normativ bazanın əsasını təşkil edir. Y.Əliyev vurğulayıb ki, hamılıqla qəbul edilmiş qaydaların və onların universal tətbiqinin alternativi yoxdur. O deyib ki, Azərbaycan Baş katibin islahatlara sadiqliyini, müharibələrin qarşısının alınmasına, sülhün qorunmasına, daha davamlı inteqrasiyanın və BMT-nin səmərəliliyinin təmin edilməsinə şərait yaratmaq barədə qərarını yüksək qiymətləndirir və tamamilə dəstəkləyir.

Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi və ondan irəli gələn, beynəlxalq hüququn ciddi pozuntuları ilı bağlı vəziyyətlərin qəbuledilməzliyi barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır.

Şübhəsiz, bununla əlaqədar BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi və müvafiq hesabatlar verilməsi böyük əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının məcburi tələblər təsbit olunmuş qətnamələrinə açıq-aşkar etinasızlıq Şura tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə başlıca məsuliyyətin yerinə yetirilməsində ümumi qəbul edilmiş praktika ola bilməz.

Diplomat qeyd edib ki, son illərdə BMT Nizamnaməsinin VIII fəslinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindən və humanitar yardımdan başlamış, insan haqlarının inkişafı və müdafiəsinə qədər bütün sahələrdə BMT ilə onun regional tərəfdaşları arasında əməkdaşlığın möhkəmlənməsində ciddi irəliləyiş əldə edilib, lakin hələ də ciddi problemlər var. Regional təşkilatlar, bir qayda olaraq, silahlı münaqişələrin və böhranların səbəblərini və nəticələrini anlamaq və aradan qaldırmaq üçün yaxşı imkanlara malikdirlər. Buna baxmayaraq, onların heç də hamısı üzv dövlətlər tərəfindən öz nizamnamə öhdəliklərinə riayət olunmasını təmin edə bilmir. Görünür, bəzi hallarda beynəlxalq hüququ pozanlar hərbi uğurlarını möhkəmlətmək üçün regional sazişlərdən sui-istifadə edir və regional münaqişələrin, təhlükəsizliklə bağlı başqa problemlərin həllinə nail olmağa yönəlmiş səyləri pozurlar.

Y.Əliyev çıxışının sonunda vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı yanında qlobal rəylər və birgə səylər münaqişələrə, iqlim dəyişmələrinə və qlobal terrorimə qarşı mübarizənin, məcburi köçkün və miqrant axınlarının idarə edilməsinin, bütün dünyada sülhə, ümumi davamlı inkişafa və insan haqlarına nail olmağın ən səmərəli üsullarıdır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
13:44 BMT-yə üzv olmağımızdan 24 il ötür Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 24 il ötür. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az