t s

» » Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY)

Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY)

9-11-2018, 21:17 Yazar:  Azad Baxılıb: 85 Çap et
Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir. Mütəxəssislər "Report”a soyuq aylarda bu cür xəstəliklərdən necə qorunmağın yollarını açıqlayıblar.
Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY)Azərbaycan Tibbi Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr Nigar Sədiyeva bildirib ki, yuxarı tənəffüs yolları burun dəliklərinin başlanğıcından səs tellərinə qədər olan bölgədir: "Bu orqanların infeksiyaları uşaqlarda ən çox rast gəlinən infeksiyalardır. Bu da xüsusilə qış aylarında özünü çox büruzə verir”.
Onun sözlərinə görə, yuxarı tənəffüs yolları xəstəliklərinə zökəm, faringit, laringit, badamcıqların iltihabı, otit və sinusit aiddir: "Uşaqlarda bu sahədə ən çox rast gəlinən səbəb viruslardır (rinoviruslar, adenoviruslar və influenza-qrip virusu). Bakteriyalar isə artıq ikinci plandadır. Bakteriyalardan stafilakokk və streptokokk infeksiyaları valideynlərə daha çox tanışdır. Streptokokk infeksiyaları düzgün müalicə edilməzsə, revmatik qızdırma və diffuz poststeptokokk qlomerulonefritə səbəb olur”.
Həkim-pediatr həmçinin yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini də açıqlayıb: "Xəstədə asqırma, öskürmə, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, bəzən də qulaq və boğaz ağrısı olur. Gözlərdə və ağzın içində qızartı müşahidə olunur. Burundan əvvəl şəffaf, sonra qatı ifrazat gəlir. Bu kimi hallarda xəstəyə istirahət təyin olunmalı və bol maye qəbulu məsləhət görülür. Qızdırmasalıcı və ağrıkəsici təsirli preparatlar, burun açıcı və öskürək siropları həkim təyinatına əsasən istifadə edilir. İkincili bakterial infeksiya varlığında və ya boğazdan yaxmada bakteriyalar aşkarlandıqda antibiotik təyin edilir. Aşağı tənəffüs yollarına keçərək bronxit və ya pnevmaniyaya səbəb ola bilirlər. Bu virusun inkişafı və ya allergik orqanizm səbəbindən ola bilər. Xışıltılı tənəffüs eşitdikdə dərhal həkimə müraciət edilməlidir. A qrup streptokokk infeksiyaları yetərli müalicə edilməzsə, revmatik ürək və ya böyrək xəstəliyinə səbəb ola bilir”.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov "Report”a açıqlamasında deyib ki, payız-qış mövsümündə xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur: "Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur".
Onun sözlərinə , xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur: "Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühüm rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:25 UŞAQLARIN QIZDIRMASINI SALMAQ ÜÇÜN BU DƏRMANLARDAN ƏSLA ISTIFADƏ ETMƏYIN! Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxması ilə müşahidə olunur. Uşaqlarda bədənin temperaturu azca yüksələn kimi valideynlərin çoxunun ilk gördüyü tədbir qızdırma salan preparatlardan istifadə etmək olur. Lakin effektiv qızdırma salan preparat seçməzdən əvvəl mütləq
12:39 Uroloq həkim: ““Kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir” Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən
09:55 Analar üçün: Uşaqlarda revmatik xəstəliklər Revmatik xəstəliklər dedikdə, əzələ, oynaq, birləşdirici toxumaları, sümük və orqanları əhatə edən ağrılı xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər qrupuna orqanizmin bir çox orqanlarının zədələnməsi ilə nəticələnən 300-dən çox xəstəlik daxildir. Revmatik xəstəliklər iltihablı və iltihabsız
15:48 Ağrıkəsici dərmanlarda gizlənən ölüm təhlükəsi Ağrıkəsiciləri və təxminən bir əsrdir istifadə edilən aspirin kimi dərmanları tez-tez və məlumatsız formada içmək ciddi sağlamlıq problemlərinə səbəb olur. Əgər ağrılarınız yüngüldürsə, təbii vasitələrdən istifadə etməyiniz məsləhətdir. Mediaxeberleri.az lent.az-a istinadən ağrıkəsicilərlə bağlı
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az