t s

» » Sahibkara "atan" başçılar çətin durumda - İstintaq gedir

Sahibkara "atan" başçılar çətin durumda - İstintaq gedir

8-04-2015, 10:29 Yazar:  Məmməd Məmmədov Baxılıb: 470 Çap et
Sahibkara "atan" başçılar çətin durumda - İstintaq gedirQəzetimizin 28-31 yanvar, 05-10-12-17-20-24-26 fevral, 03-11-17-19 mart və 02 aprel 2015-ci il tarixli saylarında Əliyev Əbülfəz Cəlal oğlunun bir sıra vəzifəli şəxslər tərəfindən aldadılaraq pulunun mənimsənilməsi ilə bağlı geniş məqalələr çap etmişdik.

Bildirmişdik ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qayını və şəriki, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu, xarci kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, vaxtilə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Əliyev Əbülfəz Cəlal oğlunun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib.

Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində bildirdi ki, Aslanov Rövşənlə yaxın, hətta dost münasibətləri olub: "O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qayını olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddia edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi". Əbülfəz Əliyevin dediyinə görə Rövşən Aslanov, Rahib və Kubar imkanlı adamları aldadtmaq, etibarından sui-istifadə edərək pul mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda "1001 rakip" adlı şirkət qurublar.

Zərərçəkən bizimlə söhbətində onu da bildirdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olsa da, hələdə qarşı tərəf münasibət bildirməyib. Zərərçəkən Əbülfəz Əliyev başına gələn bu hadisədə Rövşən Aslanov və onun qohum icra başçıları tutduqları vəzifələrdən aldıqları gücdən istifadə edərək haqqını tapdalamalarını özünə, mətbuata və ictimaiyyətlə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik və sayğısızlıq kimi dəyərləndirir.

Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində Rövşən Aslanov və onun dələduzluq əməlləri ilə məşğul olan dəstəsi barəsində şok məlumatlar söylədi. Onun dediyinə görə, Rövşən Aslanov, Türkiyədəki şəriki Kubar və Rusiyadakı adamı Rahibin Fətulla Gülən camaatı ilə sıx əlaqələri olub: " Onlar mənə İstanbulda yerləşən "1001 rakip" şirkətinə şəriklik təklif edəndə iki milyon dollarlıq əmlakın və fabrikin siyahısını təqdim etdilər. Və mən İstanbula gedəndə həmin fabriki və mülkləri göstərdilər. Amma şərik kimi sənədləşdirməni uzatdılar. Sonradan bildim ki, onlar mənə göstərdikləri mülklərin bir hissəsi, o cümlədən fabrik Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır. Görünür, Rövşən Aslanov inandırmaq üçün mənə onların mülklərinin bir hissəsini göstərib".

Əbülfəz müəllim bildirdi ki, bu insanlar xarici kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərlə qabaqcadan cinayət əlaqəsinə girərək, mən də daxil olmaqla vətəndaşlarımıza maddi-mənəvi işgəncələr vermələrini milli maraqlarımız baxımından da ciddi təhdid hesab edirəm. Əbülfəz Əliyev qeyd etdi ki, bu günə qədər başına gətirilən hadisə ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq, ancaq vəzifəli şəxslərin yalan vədlərindən başqa heç bir nəticə əldə edə bilmədiyindən son ümid yeri kimi mətbuata üz tutub: " Mən hələ ilk müsahibəmdə son ümid yeri kimi bütün namuslu və əqidəli mətbuat nümayəndələrinə müraciət edərək, bir qrup vəzifəli şəxslər tərəfindən başıma gətirilən bu hadisəyə diqqət yönəltmələrini xahiş etmişdim. Sağ olun, sizin redaksiya başda olmaqla öz peşəsinə sadiq olan 30 yaxın mətbu orqan bu ağır günümdə mənə ciddi dəstək verdilər. Və cinayət əməli törətmiş vəzifəli şəxslərin ifşa edilməsində mənə yardımçı oldular. Amma adını ciddi mətbu orqan qoyan bəzi saytlar və qəzetlər belə bir ciddi hadisəni kənara qoyub məşhur birisinin soyunmasını, boşanmasını və yaxud milli-mənəvi dəyərlərimizə yad olan digər hadisələri manşetə çıxardırlar. Mən onsuz da bilirdim ki, bəzi sayt və qəzetlərin rəhbərləri Rövşən Aslanov və onun himayədarları tərəfindən nəyinsə müqabilində ələ alınır. Amma mən yenədə az da olsa ümid edirdim ki, həmin redaktorlar, jurnalistlər öz peşə kodekslərinə sadiq qalacaqlar. Təəssüf ki, Azərbaycan mətbuatında bu cür şəxslər də fəaliyyət göstərir".

Zərərçəkən Əbülfəz Əliyevlə bu dəfəki, görüşümüzdə aparılan istintaqla bağlı söhbət etdik.

-Əbülfəz müəllim istintaqın gedişatı ilə bağlı nə deyə bilərsiniz? Ədalətli aparılırmı, irəliləyiş varmı?

- İstintaqın gedişatı ilə bağlı mətbuata hər hansı bir məlumatı vermək hələ tezdir. Amma onu deyə bilərəm ki, istintaq təcrübəli və ədalətli şəxslərə həvalə olunub. Mənə verilən suallardan və işin gedişatından anlayıram ki, istintaq ədalətli aparılır və ümid edirəm ki, tezliklə bir nəticə əldə ediləcək.

-Əbülfəz müəllim, siz bu hadisədə Xızının icra başçısı Xəzər Aslanov və Neftçalanın icra başçısı İsmayıl Vəliyevidə ittiham edirsiniz. Amma intihar hadisəsində məsuliyyətin Rövşən Aslanov və İsmayıl Vəliyevin üzərinə düşdüyünü bildirmişdiniz. Bəs Xəzər Aslanovun adını niyə çəkmədiniz?

- Onu bildirim ki, hər hansı bir şəxsin cinayət törətməsi onun qohumlarının da məsuliyyət daşımasına dəlalət etmir. Bu baxımdan Xəzər Aslanov da qardaşının əməllərinə cavabdeh deyil. Sadəcə Xəzər Aslanovun bu işdə mənəvi məsuliyyəti var. Amma Xəzər Aslanovun böyük vəzifəli bir şəxs kimi qardaşının törətdiyi əməllərə göz yummaqla bərabər onu himayə etməsi doğru deyil. Hörmətli prezidentimiz cənab İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə bəyan edib ki, vəzifəli şəxslər və onların ailə üzviləri hər hansı bir cinayət törədərsə, dərhal qanunun bütün tələbləri yerinə yetirilərək cəzalanmalıdırlar. Amma gördüyünüz kimi Xəzər Aslanov prezdentimizin verdiyi tapşırıq və tövsiyələrə belə məhəl qoymur. O ki qaldı İsmayıl Vəliyevə, o bu işdə birbaşa iştirakçıdır. Belə ki, mən Rövşən Aslanov özünə və İsmayıl Vəliyevə məxsus 2 milyon dollar kapital dəyəri olan fabrikə şəriklik təklifıni qəbul edəndən sonra, o yanımda Neftçalanın icra başçısına zəng vurub dedi ki, bəs Əbülfəz Əliyev razıdır, amma onun əlində dediyimiz miqdarda vəsait yoxdur. Amma o özünə və yaxın qohumlarına məxsus mülkləri satıb, ya da banka girov qoyub pul əldə edərək bizə verə bilər. İsmayıl Vəliyev isə bildirdi ki, o, Fəhlə prospektində yerləşən Pakistan Dövlət Bankının Azərbaycan filialının rəhbəri ilə dostdur. Və bizə bildirdi ki, bankın rəhbərindən xahiş edib ki, siz pulu tez bir zamanda əldə edəsiniz. Mən də Rövşən Aslanovla həmin banka getdik ki, şərtləri öyrənək. Amma danışıqlar zamanı baxdım ki, burdakı şərtlər məni qane etmir. Çünki faiz göstəriciləri böyük idi. Ona görə faiz göstəricisi aşağı olan bank tapdığımdan İsmayıl Vəliyevin dediyi banka daha getmədim. Digər tərəfdən İsmayıl Vəliyev sonralar dəfələrlə mənə olan borclarının qaytarılması barədə vədlər veribdir. Amma verdiyi vədə əməl etməyib. O cümlədən Xəzər Aslanovla dəfələrlə mənim telefon və üzbə-üz görüşlərim olub. O da pulun qaytarılması ilə bağlı vədlər versədə sonra telefon nömrəsini dəyişərək mənimlə görüşdən yayınmağa başladı.

Sonda Əbülfəz Əliyev bildirdi ki, böyük vəzifəli şəxslərin xarici vətəndaşlarla qabaqcadan əlbir olaraq məqsədyönlü şəkildə var-dövlət toplamaq üçün dələduzluq əməlləri törətmələrini, vədəndaşların dövlətdən narazı düşməsinə yönəlik bir addım kimi də qiymətləndirilməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:17 Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanov yenidən saxlanıb. Redaksiyamıza daxil olan məlumata görə, martın 18-dən 19-na keçən gecə Nəsimi rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti
08:54 Aslan Aslanov Lamiyə Quliyevanı öldürtdürə bilər? Məhkum qadının xüsusi mühafizəyə alınması üçün müraciətinə baxılacaq 4 gün əvvəl Bakı Apelyasiya Məhkəməsi məhbəsdə ikən ana olan Lamiyə Quliyevanı azad etdi. 12 illik həbs həyatından sonra “Yeni Müsavat”a danışan L.Quliyeva deyib ki, Şəmkirin keçmiş icra başçsı, sonradan kənd təsərüfatı nazirinin
17:55 Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl) “Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”. Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib. A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir
14:47 2 icra başçısından PA-ya şikayət olundu - Yarım milyonunu itirən sahibkarı kimlər aldadıb Qəzetimizin 28-31 yanvar və 05-10-12 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az