t s

» » “Azəriqaz”da dəhşətli maxinasiyalar

“Azəriqaz”da dəhşətli maxinasiyalar

7-04-2015, 23:06 Yazar:  Aygün Baxılıb: 8161 Çap et
“Azəriqaz”da dəhşətli maxinasiyalarHər ay işçilərə 1 milyon «paket maaş» hansı «əməliyyatların» hesabına verilir?

2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənməsinin sirri


“Azəriqaz” və onun rəhbəri Əkbər Hacıyev barədə “Azadlıq”a şok müraciət daxil olub. Müraciəti uzun müddət “Azəriqaz”da çalışmış, adının çəkilməsini istəməyən mütəxəssislər göndərib. Sənəddə “Azəriqaz”dakı maxinasiyalar, Əkbər Hacıyevin kadr islahatları, dəm qazından zəhərlənmələrin səbəbləri barədə ilginc faktlar var. Həmin faktları oxucuların diqqətinə çatdırırıq:

Əkbər Hacıyevin kadr “islahatları”

“Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilər də dəyişdirilib.
Çünki yeni gələn rəhbərlər də, sıravi işçilər də bu qaydaları bilmirdi. Əvvəllər ən azı ayda bir dəfə mənzillərdə mövcud qaz xətlərinin, istifadə olunan qaz cihazlarının yoxlanması qaydası dəyişdirilib. Ildə bir dəfəyə keçirilib. Cihazların yararlılığının yoxlanması qaydası ləğv edilib.
Vətəndaşlar bu boşluqdan istifadə edərkən istədikləri cihazları istədiyi qaydada özfəaliyyətlə - layihəsiz quraşdırmağa başlayıblar. Indi mərkəzləşdirilmiş istilik sistemi olmayan, kombi quraşdırılmayan hündürmərtəbəli evlərin də, əksər mənzillərində qaz radiatorları, hündürlüyü və sahəsi uyğun gəlməyən vanna otaqlarında qazla yanan kalonkalar, suqızdırıcılar quraşdırılıb.





“Azəriqaz” QSC Istehsalat Birliyinə çevriləndən sonra onun icraedici qurumlarında ciddi dəyişikliklər başlayıb. Idarələr sahəyə çevrilib. Ştat cədvəlləri başayaq olub. Ilyarım eksperimentlər keçirilib. Yerlərdə təmirçi çilingər ştatları nəzarətçi çilingər ştatları ilə əvəzlənib. Uzun illər bu sahədə təcrübəsi olan işçilər-çilingərlər, ustalar, texniklər, xidmət rəisləri, mühəndislər, idarə rəisləri işdən azad edilib. Yerinə bu işləri bilməyən, bu sahədə təcrübəsi olmayan adamlar gətirilib. Işə qəbul zamanı Birliyin baş direktoru Əkbər Hacıyevin qohum-əqrəbasına, dostlarına, dostlarının dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib. Istehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. Səhmdar cəmiyyət olan vaxtda “Azəriqaz” sədrinin cəmi bir müavini var olub - Nazim Səmədzadə. Yeni qurumda müavinlərin sayı dördə çatdırılıb. Ziyad Cəlilov təchizat üzrə, Asif Ağayev tikinti üzrə, Aydınbəy Amanov texniki təhlükəsizlik üzrə, Eldar Zeynalov istismar üzrə müavin olub. Regionlarda olan qaz-istismar idarələri qaz-istismar sahələri ilə əvəzlənib. Onlar mərkəzdə yaradılan regionlar üzrə qaz-istismar idarəsinə tabe edilib. Burada yüzlərlə yeni ştatlar yaradılıb. Effekt vermədiyinə görə bir ildən sonra ləğv edilib. Uzun illər fəaliyyət göstərmiş, oturuşmuş “Bakqaz” da onun kimi ləğv edilib. Regionlar idarəsinin rəisi olan Eldar Zeynalov bu idarənin ləğvindən sonra istismar üzrə IB-nin baş direktorunun müavini vəzifəsinə keçirilib. Lakin bir müddət sonra Əkbər Hacıyevə yaxınlığı ilə seçilən, əvəllər “Azərenerji” sistemində işləmiş, sonralar bu sistemdən qovulan Elxan Hacıyevlə əvəzlənib. E.Hacıyev hazırda istismar və satış üzrə baş direktorun müavinidir. Idarə etdiyi sahələri bilməyən bir adamdır. Elə ona görə də respublikada həm istismar, həm də satış işləri çox ağır vəziyyətdədir.
Əvvəllər hüquq şöbəsi cəmi 4 nəfər hüquqşünasdan ibarət olub. 2009-cu ilin sonlarında şöbənin əsasında hüquq departamenti yaradılıb. Hazırda bu departamentdə 30-dan yuxarı işçi - Əkbər Hacıyevin qohum-qardaşı maaş alır. Əslən Şərurdan olan, hüquq-mühafizə orqanlarından qovulmuş Elbrus Məmmədov departamentin müdiri, onun qohumu Namiq Muradov isə şöbələrin birinə rəhbərlik edir. Deyilənə görə Elbrus Məmmədov PA şöbə müdiri Əli Həsənovun əmisinin kürəkənidir.
Bakıda, əyalətlərdə QIS rəhbərləri bu iki il yarımda bir neçə dəfə dəyişdirilib, Sumqayıtda iki dəfə, Sabunçu, Qaradağ, Nərimanov, Binəqədi, Nizami, Nəsimi, Salyan rayonlarında 3 dəfə, Ağcabədi, Bərdədə isə 4 dəfə dəyişdirilib. Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Göyçay, Ucar və adını çəkmədiyimiz digər rayonların da QIS rəisləri də Əkbər Hacıyevə yaxın, qohum, dost olmadığından, ARDNŞ-də himayədarları olmadığından dəyişdiriblər. Onların yerinə qohum-qardaşları sistemdə işləyən adamlar gətirilib. Maraqlıdır ki, bu adamların əksəriyyəti bu sahəyə bələd olmayan adamlardır. Məsələn, 2009-cu ilin sonlarında Sabunçu QIS-in rəisi vəzifəsinə gətirilən Mahir Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi Institutunun məzunudur və müəllim işləyib. Sabunçu QIS-də böyük maliyyə-təsərrüfat fəsadları yaradan M.Mirzəyev 2010-cu ilin sonlarında Qaradağ QIS-ə rəis vəzifəsinə yeni təyinat alıb. 2011-ci ilin ortalarında Biləsuvar QIS-ə rəis təyin olunan Ixtiyar Seyfullayevin qaz sahəsində bir gün belə iş təcrübəsi olmayıb. Amma qardaşı Qağaməli Seyfullayev ARDNŞ-də işləyir. Iki il yarımda bu sistemdə 5 yer dəyişib. Əvvəllər neft-qaz tikinti trestində mühəndis, az sonra anbar-təsərrüfat idarəsinin rəisi, sonra tikinti idarəsinin rəisi, bir neçə ay bundan əvvəl dərin özüllər zavodunda direktor müavini işləyib. Bu il fevralın əvvəllərində Ə.Hacıyevin tikinti işləri üzrə müavini təyin olunub.
Cəlilabad QIS-in rəisi, uzun illər bu sahədə təcrübəsi olan Böyükxan Əliyev adlı mühəndis əvəzlənərək onun yerinə peşə texniki məktəbinin müəllimi gətirilib. Həmin şəxsin də qardaşı ARDNŞ-də işləyir.
Salyanda çilingərlikdən idarə müdiri vəzifəsinə qədər yüksəlmiş, əməkdar mühəndis Qismət işdən azad edilərək əvvəllər Sabunçu QIS-də baş mühəndis işləmiş, işi bacarmayan bir mühəndislə əvəzlənib. Lakin bu əvəzlənmənin faydası olmayıb. Onun yerinə də Ə.Hacıyevə münasib, bu sahədə təcrübəsi olmayan bir şəxs gətirilib.

“Azəriqaz” vətəndaşları necə zəhərləyir?



“Qaz təchizatı” haqda qanunda deyilir ki, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir. Indi Azərbaycan əhalisi “Azəriqaz” tərəfindən yalançı vədlərlə, saxta əməllərlə aldadılır.
Yeni qazlaşma sahəsində vəziyyət çox ağırdır. Son 3 ildə respublikanın yaşayış məntəqələrində qazlaşmanın səviyyəsi cəmi 7 faiz artırılaraq 65 faizə çatdırılıb. Amma statistik məlumatlarda bu rəqəm 95 faiz kimi göstərilir. 7 faiz artımdan narazı qalan ARDNŞ çıxış yolunu bu sahəyə baxan Azəriqaz IB-nin baş direktor müavini Asif Ağayevi işdən azad etməkdə görüb.
Əvvəllər əhaliyə verilən təbii qaz təmizlənib, ziyanlı, yanmayan qazlardan, tərkibindəki toz, qum qatışığından ayrılaraq verilirdi. O vaxt istehsal edən ayrı təşkilat (ARDNŞ), istsmar edən (Azəriqaz QSC) ayrı təşkilat idi. Birinin digərinə tabeçiliyi yox idi, biri satan, digəri alan idi. Indi isə bunlar hər ikisi bir əldədir. Qazın istehsalının miqdarının şişirdilməsi birbaşa istismarı və satışından asılıdır. Qazın tərkibinin təmizlənməsi, müxtəlif qatqılardan ayrılması onu az maraqlandırır. Indi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Ona görə də qəbul edilmiş qazın faydalı iş əmsalı, istiliyi az olur, məsrəfi (1 kubmetri 0,1 man) çox olur. Yanmayan zəhərli qaz sızma mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir.

“Qazsazlama” idarəsinin korrupsiya sazlaması



“Azəriqaz” son iki il yarımda camaatı - qaz istehlakçılarını aldatmaqla məşğuldur. Əvvəllər qurulmuş 2.5 kubmetr/saat gücündə olan sayğaclar 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənir. Bu sayğacların əvvəlkilərdən fərqi təxminən istehlak olunan qazın miqdarını 2-2.5 dəfə artıq qeyd etməkdir. Bunu da “Azəriqaz” özünün tabeliyində olan “Qazsazlama” müəssisəsi vasitəsilə həyata keçirir.
Burada sayğaclar laboratoriyada nizamlanmalı, standartlara uyğunlaşdırılmalı, sonra Standartlaşdırma və Patent üzrə Komitənin ayrılmış nümayəndəsi ilə plomblanmalıdır. Təəssüf ki, bu proseslər həmişə Azəriqazın xeyrinə, əhalinin, idarə və müəssisələrin ziyanına həyata keçirilir.
Bütün yuxarıda göstərilən proseslərə göz yumulmadığına görə Azəriqaz IB sistemində paket məvacib mövcuddur. Bu ARDNŞ tərəfindən IB-nin bir növ ödüllənməsidir. Birliyin rəhbərliyi, baş direktor hər ay 10 min manat, müavinləri hər biri 5 min manat, baş mütəxəssislər 3-5 min manat arası, sahə rəisləri həcmindən asılı olaraq 1000-3000 manat (məsələn, Qaradağ QIS rəisi 3000 manat, Neftçala QIS rəisi 1200 manat), QIS-in baş mühəndisləri 500-1000 manat, müavinlər 300-500 manat, qəza xidmətinin rəisləri 200-500 manat, kommersiya xidmət rəisləri 100-300 manat, sahə xidmət rəisləri 100-200 manat, sahələrin baş mühasibləri 200-500 manat paket məvacibi alır.
Təqribi hesablamalara görə Azəriqaz IB-də hər ay 1 milyon manata yaxın paket maaşı verilir.

Meyvə-tərəvəz alverindən baş direktorluğa gedən yol

Bəs bütün bu işi quran, guya “Azəriqaz”ı yenidən qurmağa gələn Əkbər Hacıyev kimdir? O hansı fövqəladə xidmətinə görə belə cavan yaşında Azəriqaz IB kimi çox mühüm, Azərbaycan xalqına lazımlı bir təşkilatın başına gətirilib.
Araşdırmalar göstərir ki, onun tərcümeyi-halında şübhəli məqamlar var. 1974-cü ildə Naxçıvanda anadan olub. Orta məktəbi qurtaran kimi indiki Sankt-Peterburq şəhərində meyvə-tərəvəz alverilə məşğul olub. Bir neçə ildən sonra saxta mühəndislik diplomu ilə Azərbaycana dönüb. Orta məktəbi Azərbaycan dilində qurtarıb rus dilində imtahan verən, rus dilində təhsil alan şəxs gərək fövqəladə istedada malik olaydı. Ancaq onu tanıyanlar bunun əksinin şahidi olub.

1990-cı illərin ikinci yarısında Azərbaycana dönən Ə.Hacıyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumluq əlaqələrindən bəhrələnərək “Maye qaz” özəl müəssisəsi yaradaraq propan qazının satışı ilə məşğul olub. Rövnəq Abdullayev ARDNŞ-a rəhbər təyin olunandan sonra isə “Neftyağ” zavoduna direktor təyin olunub. 2009-cu ilin iyulunda “Azəriqaz” ARDNŞ-in tabeliyinə veriləndə oraya baş direktor təyin olunub. Burada 2010-cu ilin sonuna kimi sözün həqiqi mənasında təcrübə yığmaqla məşğul olub. Faktiki olaraq birliyə Nazim Səmədzadə rəhbərlik edib. Ə.Hacıyev ixtisasca mühəndis deyil. Çox ehtimal ki, onun Sankt-Peterburqdan gətirdiyi mühəndislik diplomu saxtadır.

Axı ola bilməz ki, bir mühəndislik termini bilməyən, layihələri oxuya bilməyən, il yarım müddətində (2011-ci ilin əvvəllərindən təcrübə toplayaraq kollegiya iclaslarını özü aparır) iclaslarda, müşavirələrdə bir kəlmə danışmayan, təhlillər aparmayan, özünün bilik və bacarığı ilə tabeliyində olan işçilərə örnək ola bilməyən bir istehsalat birliyinin rəhbəri mühəndis olsun”.

Bu faktlarla bağlı “Azəriqaz”ın da möqeyini öyrəndik. Qurumdan deyilənlərə qısa cavab verildi: “Hamısı böhtandır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:16 Bu gün əksər rayonlarda qaz olmayacaq “Azəriqaz” İB məlumat yaydı. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Mediaxeberleri.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar
15:34 “Azərişıq”da “Çingiz qaydası": “1000 manat verin, işıq verim” Dünəndən Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti şəhər təsərrüfatını yenə iflic edib, bu sahəyə məsul olan qurumların, daha doğrusu, onların rəhbərlərinin yarıtmazlığını və məsuliyyətsizliyini ortaya qoyub. Paytaxtın əksər rayonlarında iki gündür işıq yoxdur. Sabunçu, Suraxanı, Nizami,
22:40 “Azəriqaz”da yenilik “Azəriqaz” İstehsalat Birliyi (İB) qaynar xəttinin xidmətlərini daha da təkmilləşdirərək əhaliyə yeni xidmət təklif edəcək. Hazırda bununla bağlı iş gedir və proses yaxın vaxtlarda yekunlaşacaq”. Bunu Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib. Onun
18:26 Nazirdən yeni təyinatlar Ramil Usubov əmr imzalayıb. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinatlar olub. Mediaxeberleri.az xəbər virir ki, APA-nın məlumatına görə, Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Azər Abdullayev BŞBPİ-nin
16:24 Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR “Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”. Bu sözləri axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az