t s

» » Ağcabədi başçısının pambıqçılarla dialoqda yalanı faş oldu – Absurd rəqəmlər…

Ağcabədi başçısının pambıqçılarla dialoqda yalanı faş oldu – Absurd rəqəmlər…

8-11-2018, 22:16 Yazar:  Əsmər Baxılıb: 71 Çap et
Ağcabədi başçısının pambıqçılarla dialoqda yalanı faş oldu – Absurd rəqəmlər…
Prezident İlham Əliyev Ağcabədidə pambıqçılarla maraqlı dialoqu zamanı onların gündəlik nə qədər qazanması ilə maraqlanıb. Bu zaman icra başçısı Şahin Məmmədov dialoqa qoşulub.


Daha doğrusu, müdaxilə edib və pambıqçını qabaqlayaraq, onun deyəcəyi rəqəmi gizlətmək üçün dövlət başçısına səhv məlumat verib.

Cahan.info xəbər verir ki, Ağcabədi RİH başçısı prezidentə hər bir pambıqçının günə 24 manat qazandığını bildirib.

Və əlavə edib ki, ailədən 5 nəfər pambıq tarlasında işləyirsə, günə 100 manat evinə aparır. Əgər həftənin 5 günü, ailənin 5 üzvü sahədə işləyirsə, bu, azı aya 2000 manat qazanc edir.

İcra başçısı hər pambıqçının günə 110-120 kilo pambıq yığdığının vurğulayıb. Təbii ki, bu rəqəmlər kifayət qədər absurd və kökündən yanlışdır.

Əvvəla, hər gün hər pambıqçı 120 kilo pambıq yığa, bu qədər məhsuldarlıq ola bilməz. Nəzərə almaq lazımdır ki, hər fəsildə də yüksək səviyyədə məhdularlıqolmur.

Ş.Məmmədovun prezident İ.Əliyevə dediyi yalan məlumatın əsas bəndi isə bir ailədən 5 nəfərin işləyə bilməsidir. Hərçənd ki, bu da nonsensdir.

Yəni, qeyri-mümkündür.

Üstəgəl, hərənin 120 kilo pambıq yığması fiziki baxımdan da fantastikadır. Hətta sovet zəhmətkeşləri də bunu edə bilməzdilər. Ağcabədidə bir evdən heç 3 adamın pambıq tarlasında işlədiyini tapmaq olmaz. Olsa belə, barmaqla sayılacaq qədər.

Bunun üçün gərək ər-arvad, uşaqlar da tarlada işləsinlər. Bütün günü canı çıxan pambıqçı buna görə 24 manat qazanır ki, bu da inandırıcı rəqəm görünmür.

Ümumiyyətlə, 120 kilo pambıq yığılması da absurddur. Həm də kilosu 10 qəpikdən satılır. Amma deyəsən, Ş.Məmmədov pambıq nağılları danışmaq üzrə xüsusi kurs keçib yaxud da bu sahədən ümumiyyətlə, biliksizdir.

Hətta prezident bir gündə 120 kiloqram hər pambıqçının yığmasını soruşur, onlar da təsdiqləyirlər.

Halbuki, ötən il rayonun Hüsülü kəndində pambıq tarlaları susuz qalmışdı. Mediada getmiş yazılara görə, indinin özündə Ağcabədi rayonunda icra başçısı Şahin Məmmədov pambıq “pripiska”sı aparır.

Çünki Agcabədidə əkilən pambıqın yarıdan çoxu məhv olub. İcra başçısı bundan çıxış yolu axtarıır və vəzifədə qalmaq üçün yeganə vasitə kimi “pripiska”ya köklənib.

Ümumiyyətlə, Ağcabədi rayonunda əksər idarələrdə korrupsiyanın tüğyan etdiyi hər kəsə aydındır. Bir çox idarə, müəssisə və təşkilat rəhbərləri narahatdırlar ki, icra başçısı vəzifəsindən çıxarıldıqdan sonra onların taleləri necə olacaq, onları bu korrupsiya burulğanından kim xilas edəcək.

Məlumdur ki, Şahin Məmmədovun başçılıq etdiyi rayon 2016-cı ilin korrupsioner rayonu kimi yadda qaldı.

Çünki təkcə Ağcabədi təhsilində başçının havadarlığı ilə mənimsənilən 897 min manat dövlət vəsaitinin aşkarlanması həm rayonun, həm də icra başçısının adını korrupsiya siyahısında önə çıxardı.

Şahin Məmmədov Prezidentin etimadını doğrultmayan başçılar sırasında birincidir. Ağcabədi rayonu qaçqın və məcburi köçkünlərin çox sayda kompakt yaşadığı əyalətlərdəndir.

Bu kateqoriyadan olan insanlar Ağcabədinin də sosial-iqtisadi həyatına fəal inteqrasiya ediblər və rastlaşdıqları haqsızlıqlardan dolayı Şahin Məmmədovdan da narazıdırlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az