t s

» » DTX-də Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib

DTX-də Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib

8-11-2018, 20:34 Yazar:  Gülnar Baxılıb: 35 Çap et
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın Dövlət Bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.
DTX-də Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilibDövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev giriş sözü ilə açaraq şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.

DTX rəisi qeyd edib ki, müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət Bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlət başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət Bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.

General-polkovnik Mədət Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət Bayrağının Azərbaycanın bütün tarixi və əzəli torpaqlarında daim zirvələrdə dalğalanacağını bildirərək şəxsi heyətə Vətənin zəfərləri və qüdrətlənməsi naminə xidmətdə müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının ilk dəfə yaranması tarixindən danışan DTX-nin Heydər Əliyev adına Akademiyasının professoru, filologiya elmləri doktoru Cəlal Qasımov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib. Ən müqəddəs rəmzlərdən olan bayraq xalqın varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli Dövlət Bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az